Soğan və sarımsaq şəkərin orqanizmə mənfi təsirini azalda bilər
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bəzi tərəvəzlər şəkərin orqanizmə mənfi təsirini azalda bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "New York Post" Kaliforniya Universitetinin (İrvayn, ABŞ) alimlərinin araşdırmasına istinadla məlumat yayıb.
Tədqiqatın rəhbəri, tibb elmləri namizədi Çolsun Çzanın sözlərinə görə, soğan, sarımsaq və artişok tərkibində inulin adlı xüsusi lif növü saxlayır. Bu maddə bağırsaq mikroflorasının tərkibini elə dəyişir ki, bakteriyalar orqanizmdəki fruktozanın bir hissəsini qaraciyərə çatmazdan əvvəl parçalamağa başlayır. Nəticədə qaraciyərə düşən yük azalır və bu da qaraciyərin qeyri-alkoqollu piylənməsi və insulinə qarşı davamlılıq riskini azaldır.
Aytəkin TOFİQQIZI

