Icma.az
close
up
RU
Şəkərin yeni təhlükəsi aşkarlanıb

Şəkərin yeni təhlükəsi aşkarlanıb

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Londonun İmperial kollecinin alimləri qanda yüksək şəkər miqdarının ikinci tip şəkərli diabetdən əziyyət çəkməyən insanlarda belə demensiya (ağlın zəifləməsi) riski yaratdığını ortaya çıxarıb.

Oxu.Az xəbər verir ki, elmi işin nəticələri “Science Alert” jurnalında dərc olunub.

Elmi iş 2002-ci ildə başlamış uzunmüddətli “English Longitudinal Study of Ageing” tədqiqatı əsasında aparılıb. Alimlər təxminən 10 il ərzində 50-dən çox yaşı olan 5189 nəfərin səhhətinin monitorinqini aparıb. İştirakçıların yarısı kişi, yarısı qadın olub. Müşahidələrdə iştirakçıların koqnitiv (zehni) bacarıq səviyyəsi, qanın tərkibində olan HbA1c - qlikat hemoqlobin (onun əsasında şəkərin qandakı uzunmüddətli konsentrasiyasını müəyyən etmək mümkün olur) miqdarı qiymətləndirilib.

Bütün iştirakçılarda qocalma ilə əlaqədar koqnitiv bacarıqların zəifləməsi müşahidə olunsa da,  tədqiqatçılar yüksək HbA1 miqdarının zehni inkişaf səviyyəsinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqəli olduğunu müəyyən edib. Bu, özünü yaddaşın hərəkətləri planlaşdırmağa və seçməyə  imkan verən, insanın hansı stimullara reaksiya göstərməsini müəyyənləşdirən icra funksiyalarının pisləşməsində büruzə verib.  

İkinci tip diabet (insulindən asılı olmayan) Alzheymer xəstəliyi riski yaratdığı artıq tədqiqatçılara məlum olsa da, neyrodegenerativ xəstəliklərin birbaşa olaraq qandakı şəkər miqdarı ilə əlaqəli olduğu ilk dəfə olaraq elmi cəhətdən isbatını tapıb. Koqnitiv bacarıqların pisləşməsi diabetdən əziyyət çəkməyən, ancaq qanında yüksək HbA1c miqdarı olan iştirakçılarda müşahidə olunub (42-47 millimmol mol). Bu, diabet öncəsi vəziyyət üçün xarakterikdir.

İkinci tip şəkərli diabet metabolik xəstəlik sayılır. Daha çox artıq çəkidən əziyyət çəkən insanlarda formalaşır, həmçinin insanlarda diabetə genetik təmayülün olduğuna dair elmi sübutlar var. Ən geniş yayılmış müalicə metodlarından biri aşağı şəkər miqdarlı dietadır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 03:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see513

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see251

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see209

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see188

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see170

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri