Icma.az
close
up
RU
Şok: Soros Fondu terrorun sponsoru kimi tanına bilər

Şok: Soros Fondu terrorun sponsoru kimi tanına bilər

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Ədliyyə Departamenti federal prokurorlara Corc Sorosun Açıq Cəmiyyət Fondunun fəaliyyətini terrorizmlə mümkün əlaqələri yoxlamağı tapşırıb.

Turkustan.az xəbər verir ki, bu sensasion məlumatı “New York Times” yazıb. Bildirilir ki, nəşr xəbərdə Ədliyyə Depertamentinin daxili direktivinə istinad edib. Soros Fondu isə bu iddiaları “siyasi motivli hücum” adlandırıb.

Nəşrin məlumatına görə, direktiv fırıldaqçılıq və reketçilikdən terrorizmin maliyyələşdirilməsinə qədər potensial ittihamların geniş spektrini əhatə edir. Ədliyyə katibinin müavini Todd Blanşın imzaladığı sənəd Nyu-York, Kaliforniya, Vaşinqton, Çikaqo, Detroit və Merilend ştatlarında rayon prokurorlarına göndərilib.

Hesabatda deyilir ki, Ədliyyə Departamentinin yüksək rütbəli məmuru ABŞ prokuroruna prezident Trampın həbs edilməsini tələb etdiyi milyarder və Demokrat Partiyasının donoru Corc Soros tərəfindən maliyyələşdirilən qrupu araşdırmaq üçün planlar hazırlamağı tapşırıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, amerikalı maliyyəçi Corc Soros və onun oğulları cinayət məsuliyyətinə cəlb edilməlidir. Ağ Ev rəhbəri hesab edir ki, ABŞ-da keçirilən etiraz aksiyalarında milyarderin və onun qohumlarının əli var.

Dünyanın bir çox ölkəsi Soros Fondunu hakimiyyətlərə qarşı üsyan, inqilabları dəstəkləyən, çaxnaşmaların əsas sponsoru kimi qəbul edir. Fondun hədəf aldığı ölkələrdən biri də Azərbaycan olub. Düzdür, onun ölkəmizdə iğtişaş törədəcək qədər gücü və uzun əli olmasa da, fürsət düşən hər məqamda Azərbaycana qarşı öz çirkin kampaniyasını, təxribatçı fəaliyyətini aparıb. Bu kampaniya Avropa Şurası Parlament Assambleyasına və Avropa Parlamnentinə qədər uzanır. Bu qurumlarda Fondun maliyyələşdirdiyi deputatlar var və bu deputatlar vasitəsilə hər fürsətdə ölkəmizi hədəfə almaq cəhdləri hələ də davam edir. /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Sentyabr 2025 06:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri