Şokoladın yaratdığı xəstəliklər...
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şokolad dünyada məşhur qida olsa da, sağlamlıq üçün təhlükələri az deyil.
Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Təbiət Elmləri fakültəsinin dekanı İrina Lyalinanın sözlərinə görə, əsas zərər onun tərkibindəki şəkər və yüksək kalorili olmasıdır.
Bu xüsusilə südlü və ağ şokoladda çoxdur. Beləliklə, həddindən artıq istehlak piylənməyə və bununla bağlı sağlamlıq problemlərinə səbəb ola bilər.
“Şokoladın tərkibindəki kofein və teobromin həddindən artıq istehlak edildikdə yuxusuzluğa, yüksək təzyiqə və ürək döyüntüsünün artmasına səbəb ola bilər”, - Lyalina bildirib.
O qeyd edib ki, şokoladın bəzi komponentləri allergiyaya səbəb ola bilər. Bu məhsul həm də qida asılılığına səbəb ola bilər, çünki tərkibində şəkər var və dopamin sisteminə təsir göstərir. Ucuz şokoladın tərkibində palma yağı, dadlandırıcılar, qatılaşdırıcılar ola bilər.
Lyalinanın fikrincə, gündə ən azı 70% - 20-30 qram təmiz kakaolu tünd şokolad istehlak etmək yaxşıdır.
Baxış sayı:48
Bu xəbər 30 İyul 2025 01:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















