Şokoladın zərəri
Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.
Bu yaxınlarda Kanadanın Rayerson Universitetinin alimləri şokolad südünün uşaqlarda piylənmə əmələ gətirmədiyini, əksinə iştahanın aşağı düşməsinə səbəb olduğunu təsdiqləyiblər. Halbuki əvvəllər bunun tam əksini söyləyirdilər.
Aydın olub ki, naharı şokolad südü ilə başa vuranlar şam yeməyində adətən olduğundan daha az yeyirlər. Digər mütəxəssislər isə bu içkinin idman zallarındakı məşqlərdən sonra enerjini bərpa etmək məqsədilə istifadə edilməsini məsləhət görürlər.
Ancaq bu nəticələr şokoladın sağlamlığa mənfi təsirini də azaltmır. Bəs hansı hallarda ondan istifadə etmək lazımdır, hansı hallarda isə orqanizmə ziyandır?
1. Gündə iki fincan kakao ahıl yaşlarda da yaddaşın qorunmasına kömək edir.
2. Şokoladsevərlərdə ürək-damar xəstəlikləri, insult, diabet, ateroskleroz riski 30 % aşağı olur.
3. Acı şokolad xroniki yorğunluqla mübarizədə ən gözəl vasitədir.
4. Şokolad depressiyanı aradan qaldırmağa kömək etsə də, onun həddindən çox qəbul edilməsi, məsələn, gündə iki plitka şokolad əks təsir.
5. Şokolad üzdə sızanaqların yaranmasına səbəb olur.
6. Bir plitka şokoladda təxminən 500 kkal olur. Bu enerjini sərf etmək üçün 59 dəqiqə qaçmaq və ya iki saat aerobika ilə məşğul olmaq lazımdır.
Unutmayın, qədərində istifadə edilən hər növ nemət yalnız və yalnız faydalıdır. Odur ki, nuş olsun!
News24.az
Baxış sayı:96
Bu xəbər 11 Noyabr 2024 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















