Icma.az
close
up
RU
Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur

Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Deputat: “Təqdim olunan kompensasiya ilə söküntü aparılan ərazilərdə və yaxın yerlərdə o qiymətlərə ev almaq mümkün olmur”

Ekspert: “Əksər insanların evlərinin ümumi sahəsi kiçik olduğuna görə onlara verilmiş kompensasiya ilə mənzil ala bilmirlər”

Bakıda və ölkənin digər yerlərində dövlət tərəfindən mənzilləri sökülən vətəndaşlar ödənilən kompensasiyanın miqdarından, təklif olunan yerlərdən zaman-zaman şikayətçi olurlar. Xüsusilə də, Bakıda qəzalı, yaxud da dövlət ehtiyacları üçün söküləcək binalar, evlər var. Sözügedən məsələ bu gün Milli Məclisin iclasında da qaldırılıb. Deputat Razi Nurullayev çıxışı zamanı deyib ki, hər bir sökünütüdən sonra onlarla narazı vətəndaş olur və bu narazılığın bir neçə səbəbləri var.

“Bəzilərinin yaşayış sahəsi kiçik oluğu üçün verilən kompensasiya ilə ev ala bilmir, bir qrup həmin ərazidə bazar qiymətləri ilə kompensasiya tələb edir, digər qrup isə iki-üç dəfə şişirdilmiş qiymətlərlə pul tələbi qoyur. Nəticə isə üç tərəfə - dövlət orqanlarına, vətəndaşlara və sahibkarlara  problem yaradır. Yüzlərlə narazılıq edən vətəndaş, sahibkar və qapısı döyülən dövlət orqanları var. Onların Milli Məclisdən də gözləntiləri var”, - millət vəkili vurğulayıb.

Deputat qeyd edib ki, köçürülən insanlar aldıqları kompensasiya ilə şəhər kənarında bir və ya ailə üzvlərinin təlabatına görə bir neçə yerdə torpaq alıb ev tikir: “Bu evlər də əsasən zəbt edilmiş, sənədsiz və infrastrukturu olmayan ərazilərdə həyata keçirilir. Hansı mənzərə ilə üzləşirik? Bakıda söküntü aparıb onu abadlaşdırır, gözəlləşdirir, rahat infrastruktur yaradırıq, 5-10 kilometr kənarda isə ciddi problemlər yaranır və sanki minalar basdırılır. Söhbət qaz, su, işıq, yol, yağış-qar yağanda su altında qalmış evlərdən və dövlətdən kömək tələb edən vətəndaşlardan gedir”.

“Hesab edirəm ki, qanunvericilik səviyyəsində problemin həllinə töhfə vermək mümkündür. Məsələn, söküntü aparılan ərazilərdə heç bir kənar hüquqi müdaxilə və ya izaha yol açmayan birmənalı dəyişikliklərə gedək. İstər dövlət söksün, istər sahibkar, söküntü aparılan ərazilərdə vətəndaşlara yalnız ev və kommersiya obyekti təklif edilsin. Əgər söküntü infrastruktur, park və digər dövlət məqsədlər üçün edilirsə, elə həmin ərazidə vətəndaşlara ya ev tikilib təqdim olunsun, ya da onlara hazır evlər alınıb verilsin”, - millət vəkili bildirib.

R.Nurullayev qeyd edib ki, təqdim olunan kompensasiya ilə söküntü aparılan ərazilərdə və yaxın yerlərdə o qiymətlərə ev almaq mümkün olmur: “Bununla yanaşı, söküntü ərazilərində qanundankənar hərəkətlərə yol verən vətəndaşlar və sahibkarlarla bağlı icrası məcbur məhkəmə qərarları verilsin və bu sahədə məhkəmə çəkişmələrinin uzunmüddətli olmasının qarşısını almaq üçün də lazım gələrsə qanunvericiliyə dəyişikliklər edək. Ümid edirəm ki, bu məsələ ilə bağlı ciddi müzakirələr apara və məsələnin ədalətli həll yolunun tapılmasına töhvə verə bilərik. Ümumiyyətlə, kompensasiyaların verilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarına ya ayrıca bəndlər, ya da fəsil əlavə edə bilərik”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deputatla müəyyən qədər razılaşır. Ekspert AYNA.AZ-a deyib ki, əksər insanların evlərinin ümumi sahəsi kiçik olduğuna görə onlara verilmiş kompensasiya ilə mənzil ala bilmirlər: “Artıq insanlar kompensasiyadan çox, yeni tikilən binadan mənzil istəyirlər. Məlumdur ki, 2016-cı ildən başlayaraq pilot layihələr üzərindən çox sayda köhnə çoxmənzilli yaşayış binaları və fərdi həyət evləri sökülərək yenitikili binalarla əvəzlənib və ya hansısa parklar salınıb. Əksər hallarda sökülən yerlərin sakinlərinə pul deyil, tikilən binalardan daha böyük və tam təmirli mənzillər verilir. Həmçinin, bina tikilib başa çatana qədər mənzil sahiblərinə kirayə pulları ödənilir. Bu, mənzil sahiblərinə daha sərfəlidir. Çünki bəzi ərazilər var ki, oradakı mənzillərin, xüsusən də fərdi həyət evləri və ya iki mərtəbəli binalardan ibarət olan mənzillərin bazar dəyəri olmur, alıcılıq qüvvəsi aşağıdır. Belə durumda mənzilləri satmaqda çətinlik çəkirlər və layihələr üzərində söküntü işləri onlar üçün sərfəlidir. Ona görə də artıq ödəmə ilə bağlı problemlər yaşanmır. Amma problem yaşanan yerlər də var. Hesab edirəm ki, bu məsələ də yoluna qoyulmalıdır”.

“Bu gün Bakı üçün qiymət 1500 manat deyil. Artıq köhnə binaların hər kvadratmetri əraziyə görə dəyişir. Bəzi kənar ərazilərdə hər kvadrata görə 1000-1500 manat, mərkəz ərazilərdə isə 2500- 3000 manata qədər pul ödənilir. Söküntü işləri zamanı əksər insanlar narazı qalmır. Narazılığın böyük əksəriyyəti həyətyanı sahələrə görə daha çox pul ala bilməməkdən yaranır. Tikinti şirkətlərinə sərf etmədiyi üçün bu cür problemlər yaşanır”, - deyə ekspert əlavə edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://ayna.az
archiveBu xəbər 28 Fevral 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri