Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir (Video)
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakının Nizami rayonunda 8 binanın sökülməsi, sakinlərin isə köçürülməsi planlaşdırılır.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, söhbət əsasən köhnə yataqxanalardan gedir.
Vüqar Oruc bildirir ki, yenidənqurma işlərinin bir hissəsinin dövlət, digər hissəsinin isə investorların vəsaiti hesabına aparılması nəzərdə tutulur. O, söküntünün planlaşdırıldığı əraziləri və ehtimal olunan kompensasiya məbləğlərini də açıqlayıb.
Cəmiyyət sədri vurğulayır ki, bu rəqəmlər yekun kompensasiya məbləğləri deyil. Ödənişlər qiymətləndirmənin nəticələri və müvafiq dövlət qurumlarının qərarları əsasında dəqiqlənəcək. Sakinlərin köçürülməsi zamanı hansı variantın təklif olunması isə konkret ərazidə həyata keçiriləcək layihədən asılı olacaq.
Vüqar Orucun sözlərinə görə, proses mərhələli aparılacaq. Əvvəlcə mənzillərin və sakinlərin sayı müəyyənləşdiriləcək. Bundan sonra konkret bina ilə bağlı qərar veriləcək və sakinlər məlumatlandırılacaq. Söküntünün başlanacağı tarix və köçürülmə şərtləri də həmin mərhələdə aydınlaşacaq.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 11 Noyabr 2026 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















