Bakıda söküntüyə hazırlıq: kompensasiya necə olacaq? VİDEO
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Bakının Binəqədi rayonunun 7-ci mikrorayonunda, Bakı-Qars küçəsinin ətrafında yerləşən yolkənarı obyektlərin nömrələnməsi ərazidə söküntü işlərinin aparılacağı ilə bağlı müzakirələrə səbəb olub.
Sherg.az Xəzər TV-yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl obyektlərin üzərinə vurulan nömrələr sakinlər və sahibkarlar arasında müxtəlif ehtimalların yaranmasına səbəb olub. Onların bir qismi ərazidə mövcud yolun genişləndiriləcəyini, digərləri isə yeni yolun və ya parkın salınacağını ehtimal edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən şifahi şəkildə bildirilib ki, obyektlərin nömrələnməsi yol tikintisi layihəsinin ilkin mərhələsidir.
Məlumata görə, layihə çərçivəsində yaşayış komplekslərindən birinin Bakı-Qars küçəsi ilə əlaqələndirilməsi məqsədilə avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulur.
Agentliyin açıqlamasına əsasən, təsdiqlənmiş layihəyə uyğun olaraq yol üçün ayrılmış zolağın sərhədləri müəyyənləşdirilir və həmin əraziyə düşən hər bir obyektə ayrıca inventar nömrəsi verilir.
Növbəti mərhələdə obyektlərin daxili və xarici ölçüləri götürülür, kadastr və qiymətləndirmə məlumatları müvafiq nömrələr əsasında sistemləşdirilir.
Əmlakın alınması, kompensasiyaların ödənilməsi və söküntü işlərinin aparılması ilə bağlı məsələlərin isə sonrakı mərhələlərdə rəsmiləşdiriləcəyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 29 Noyabr 2026 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















