Icma.az
close
up
RU
Solaxay uşaqlar və narahat valideyn...

Solaxay uşaqlar və narahat valideyn...

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Valideynləri narahat edən suallardan biri də övladlarının sol əli ilə yazı yazması, sol əlini istifadə etməsi və ümumiyətlə, solaxay uşaqlar haqqındadır. Hətta bəzi valideynlər övladlarını sol əli ilə yox, sağ əli yazı yazmağa məcbur etdiyini də bildirir. Ancaq bildirmək lazımdır ki, bu, doğru bir üsul deyil”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Onun sözlərinə görə, bu hal uşaqların psixologiyasına, psixo-emosional vəziyyətinə mənfi təsir göstərir. Solaxaylıq anormallıq deyil, təbii bir haldır, sadəcə belə desək, fərqlilikdir: “Solaxaylığın uşağın inkişafına, şəxsiyyət kimi formalaşmasına heç bir mənfi təsiri yoxdur. Biz dünya praktikasına nəzər salsaq, bir çox alimlərin, dünyada elm sahəsində tanınmış insanların içərisində solaxay olanlara da rast gələrik. İlk növbədə vurğulamaq lazımdır ki, hər insan özünəməxsusdur. İnsan beyni iki yarımkürədən ibarətdir. Bunlar sağ və sol yarımkürələr adlanır. Beyninin sağ yarımkürəsi aktiv olan insanlar daha çox solaxay olurlar. Əksinə yəni, sol yarımkürəsi aktiv olan insanlar isə sağ əlindən daha çox istifadə edirlər”. Psixoloqun sözlərinə görə, kiçik yaşlarından da uşaqlarda bunu təyin etmək olar: “Məsələn, kiçik yaşlı bir uşağa hər hansı bir oyuncaq uzatsaq və ya nəyisə gətirməsini istəsək o zaman o oyuncağı sağ əli ilə alırsa və ya əşyanı bizə sağ əli ilə təqdim edirsə demək ki, ən çox sağ əlindən istifadə edir, əksinə davamlı sol əli ilə icra edirsə, demək, uşaq solaxaydır. Solaxay uşaqlarda yaradıcı təfəkkür daha yaxşı inkişaf edir. Ümumiyyətlə, təsadüfi deyil ki, solaxay insanların çox hissəsi incəsənətə və onun müxtəlif növlərinə eləcə də ədəbiyyata maraqlı olurlar. Valideynlər solaxay övladları varsa, yaxşı olar ki, onları musiqiyə, rəsm kursuna və ya müxtəlif yaradıcı dərnəklərə yönləndirsinlər”.

Psixoloq həmçinin onu da qeyd edib ki, valideynlərin bu mövzuda etdikləri növbəti səhvlərdən biri də, solaxay uşaqlara sol əlindən istifadə etməməsini bildirməklə bunu əskiklik kimi göstərmələridir: “Bu zaman valideyn uşağa sanki “sən anormalsan” mesajını vermiş olur ki, belə hallar da nəticədə uşaqlarda özgüvən əskikliyinin meydana çıxmasına səbəb olur. Belə uşaqlar gələcəkdə özünü aktivləşdirə bilmir və təhsil, karyera həyatında uğur qazana bilmir. Əksinə, valideynlər ona “sən fərqlisən, özünəməxsus bacarığın var” və ya “hər kəs bir-birindən fərqlənir, heç kəs eyni deyil” və s. kimi ifadələrlə motivasiya verməli və solaxay olmağın heç də pis və utanılacaq bir şey olmadığını uşaqlarına aşılamalıdırlar”.

Psixoloqun sözlərinə görə, bundan əlavə disleksiyası, yəni öyrənmə çətinliyi olan uşaqlar da çox zaman solaxay olurlar. Solaxay uşaqlarda bu kimi yanaşı çətinliklər yoxdursa narahat olmaq lazım deyil, qeyd etdiyimiz kimi, burada anormal heç nə yoxdur: “Ancaq, paralel olaraq disleksiya da mövcuddursa bu zaman mütləq bir psixoloq dəstəyi alınmalıdır. Bunun üçün xüsusi hazırlanmış proqramlar mövcuddur ki, 6 aya müəyyən qədər irəliləyiş əldə etmək mümkündür. Ancaq disleksiya ilə solaxaylığı qarışdırmaq da olmaz. Hər solaxay uşaqda disleksiya, yəni öyrənmə çətinliyi var demək düzgün deyil. Övladınızın fərqli xüsusiyyətlərini özgüvənini aşağı salmaq üçün yox, əksinə, yüksəltmək üçün istifadə edin”, - deyə psixoloq Yə,sgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Dekabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri