Icma.az
close
up
RU
Solaxay uşaqların psixologiyası

Solaxay uşaqların psixologiyası

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

“Valideynləri narahat edən suallardan biri də övladlarının sol əli ilə yazı yazması, sol əlini istifadə etməsi və ümumiyətlə, solaxay uşaqlar haqqındadır. Hətta bəzi valideynlər övladlarını sol əli ilə yox sağ əli yazı yazmağa məcbur etdiyini də bildirir. Ancaq bildirmək lazımdır ki, bu, doğru bir üsul deyil”. Bunu SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Onun sözlərinə görə, bu hal uşaqların psixologiyasına, psixo-emosional vəziyyətinə mənfi təsir göstərir. Solaxaylıq anormallıq deyil, təbii bir haldır, sadəcə belə desək, fərqlilikdir: “Solaxaylığın uşağın inkişafına, şəxsiyyət kimi formalaşmasına heç bir mənfi təsiri yoxdur. Biz dünya praktikasına nəzər salsaq, bir çox alimlərin, dünyada elm sahəsində tanınmış insanların içərisində solaxay olanlara da rast gələrik. İlk növbədə vurğulamaq lazımdır ki, hər insan özünəməxsusdur. İnsan beyni iki yarımkürədən ibarətdir. Bunlar sağ və sol yarımkürələr adlanır. Beyninin sağ yarımkürəsi aktiv olan insanlar daha çox solaxay olurlar. Əksinə yəni, sol yarımkürəsi aktiv olan insanlar isə sağ əlindən daha çox istifadə edirlər”. Psixoloqun sözlərinə görə, kiçik yaşlarından da uşaqlarda bunu təyin etmək olar: “Məsələn, kiçik yaşlı bir uşağa hər hansı bir oyuncaq uzatsaq və ya nəyisə gətirməsini istəsək o zaman o oyuncağı sağ əli ilə alırsa və ya əşyanı bizə sağ əli ilə təqdim edirsə demək ki, ən çox sağ əlindən istifadə edir, əksinə davamlı sol əli ilə icra edirsə demək uşaq solaxaydır. Solaxay uşaqlarda yaradıcı təfəkkür daha yaxşı inkişaf edir. Ümumiyyətlə, təsadüfi deyil ki, solaxay insanların çox hissəsi incəsənətə və onun müxtəlif növlərinə eləcə də ədəbiyyata maraqlı olurlar. Valideynlər solaxay övladları varsa, yaxşı olar ki, onları musiqiyə, rəsm kursuna və ya müxtəlif yaradıcı dərnəklərə yönləndirsinlər”.

Psixoloq həmçinin onu da qeyd edib ki, valideynlərin bu mövzuda etdikləri növbəti səhvlərdən biri də, solaxay uşaqlara sol əlindən istifadə etməməsini bildirməklə bunu əskiklik kimi göstərmələridir: “Bu zaman valideyn uşağa sanki “sən anormalsan” mesajını vermiş olur ki, belə hallar da nəticədə uşaqlarda özgüvən əskikliyinin meydana çıxmasına səbəb olur. Belə uşaqlar gələcəkdə özünü aktivləşdiriə bilmir və təhsil, kariera həyatında uğur qazana bilmir.Əksinə valideynlər ona “sən fərqlisən,özünəməxsus bacarığın var” və ya “hər kəs bir-birindən fərqlənir, heç kəs eyni deyil” və s. kimi ifadələrlə motivasiya verməli və solaxay olmağın heç də pis və utanılacaq bir şey olmadığını uşaqlarına aşılamalıdırlar”.

Psixoloqun sözlərinə görə, bundan əlavə disleksiyası, yəni öyrənmə çətinliyi olan uşaqlar da çox zaman solaxay olurlar. Solaxay uşaqlarda bu kimi yanaşı çətinliklər yoxdursa narahat olmaq lazım deyil, qeyd etdiyimiz kimi burada anormal heç nə yoxdur: “Ancaq, paralel olaraq disleksiya da mövcuddursa bu zaman mütləq bir psixoloq dəstəyi alınmalıdır. Bunun üçün xüsusi hazırlanmış proqramlar mövcuddur ki, 6 aya müəyyən qədər irəliləyiş əldə etmək mümkündür. Ancaq disleksiya ilə solaxaylığı qarışdırmaq da olmaz. Hər solaxay uşaqda disleksiya, yəni öyrənmə çətinliyi var demək, düzgün deyil. Övladınızın fərqli xüsusiyyətlərini özgüvənini aşağı salmaq üçün yox, əksinə yüksəltmək üçün istifadə edin”, - deyə psixoloq Yeganə Əskərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Noyabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see309

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see294

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see280

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see248

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see232

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see231

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see220

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see212

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see211

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see200

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see198

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see193

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see193

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see189

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see188

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see188

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see179

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see177

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see172

Yeraltında yaşayan balıq tapıldı: kor, rəngsiz və qabırğasızdır

30 Avqust 2026 03:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri