“Solo gənclik” Qara Qarayev ocağında
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İRƏLİ” Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo gənclik” layihəsi çərçivəsində Qara Qarayevin ev-muzeyində növbəti konsert keçirilib.
Mərkəzdən bildirilib ki, layihə çərçivəsində ilk konsert noyabr ayında bəstəkar, pianoçu Nigar Süleymanlının təqdimatında olub.
Bu konsertdə isə gənc bəstəkar, pianoçu Aydan Əliyeva musiqi nömrələri ilə çıxış edib. O, müəllifi olduğu müxtəlif mahnıları, həmçinin klassik bəstəkarların əsərlərini ifa edib. Aydan Əliyeva 2024-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Simfoniya, prelüd, fortepiano və orkestr üçün əsərlər və mahnıların müəllifidir.
“Solo gənclik” layihəsinin keçirilməsində başlıca məqsəd gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafı və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.
XQ
Baxış sayı:119
Bu xəbər 16 Yanvar 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















