Şolz Parisdə keçirilən fövqəladə sammitdən sonra açıqlama verib
Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
Almaniya Rusiyanın təcavüzünə qarşı Ukraynanı müdafiə etməkdə davam edəcək. Bununla belə, sülhməramlıların göndərilməsi haqqında danışmaq “çox tezdir”.
Bunu Almaniya kansleri Olaf Şolz deyib.
Almaniya hökumətinin başçısı Parisdə Ukrayna ilə bağlı “fövqəladə sammit”də iştirak etdikdən sonra jurnalistlərə bir neçə şərh verib.
"Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik və Ukrayna bizə güvənə bilər", - kansler vurğulayıb.
Şolz həmçinin qeyd edib ki, o, Ukrayna ilə bağlı “sülh sazişi”nin bağlanmasının əleyhinədir. Bir ölkə “ona təqdim olunan hər şeyi qəbul edə bilməz”.
Almaniya hökumətinin başçısı hesab edir ki, “sülh vaxtı hələ gəlməyib” və Ukrayna hələ də “amansız müharibənin mərkəzindədir”.
O, həmçinin vurğulayıb ki, məsuliyyəti Avropa və ABŞ arasında bölmək olmaz. Onun sözlərinə görə, Qərb kollektiv təhlükəsizlik maraqları çərçivəsində birgə hərəkət etməlidir.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron bu gün, fevralın 17-də Avropanın təhlükəsizliyi məsələlərini müzakirə etmək üçün bir sıra Avropa ölkələrinin liderlərini Parisə toplayıb. Belə bir sammitin keçirilməsinə səbəb Amerikanın yeni hakimiyyət orqanlarının siyasəti olub.
Qərb mətbuatının yazdığına görə, görüşün əsas mövzularından birinin Rusiya ilə müharibədə Ukraynaya gələcək dəstəyin verilməsi planlaşdırılırdı.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 18 Fevral 2025 08:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















