Icma.az
close
up
RU
Menu

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

Sarıkökün bu faydalarını çoxları bilmir

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

Son 10 ildə dünyanın ən böyük aviasiya qəzalarının statistikası

Son 10 ildə dünyanın ən böyük aviasiya qəzalarının statistikası

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğraması aviasiya nəqliyyatında təhlükəsizliyi barədə bir sıra məsələləri qabardır. Xatırladaq ki, qəza nəticəsində ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.

Son yarım əsrdə aviasiya nəqliyyatı müasir dövrün ən təhlükəsiz nəqliyyat növlərindən birinə çevrilsə də, ölümlə nəticələnən aviasiya qəzaları hələ də tamamilə aradan qalxmayıb.

"Report" son 10 ildə dünyada baş verən aviaqəzaları araşdırıb.

2024-cü il aviasiya qəza göstəricilərinə görə son onilliyin ən yüksək rəqəmlərinə malikdir. Qlobal miqyasda baş verən 16 qəza və bu hadisələr nəticəsində, dekabrın 25-də Aktauda “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysi həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində itkiləri nəzər almasaq, həyatını itirən 196 nəfər, təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsinə baxmayaraq, risklərin qalmaqda olduğunu bir daha göstərir. Statistik məlumatlar, aviasiya sahəsində insan faktoru, texniki nasazlıqlar və bəzi hallarda baş verən təxribatların təhlükəsizlik üçün hələ də ciddi təhdid olduğunu göstərir. Lakin bu gün Aktauda baş verən hadisə bir daha göstərdi ki, təyyarədə olanların yarısından çoxunun sağ qalması AZAL heyətinin peşəkarlığının bariz nümunəsidir.

Ötən il dünya üzrə 7 (qurbanların sayı 111 nəfər), 2022-ci ildə 3 (168 nəfər), 2021-ci ildə 4 (158 nəfər), 2020-ci ildə 5 (320 nəfər), 2019-ci ildə 4 (229 nəfər), 2018-ci ildə 5 (399 nəfər), 2017-ci ildə 2 (41 nəfər), 2016-ci ildə 10 (348 nəfər), 2015-ci ildə 6 (583 nəfər) və 2014-ci ildə 14 (1 143 nəfər) avia qəza baş verib.

Son on ilin ən dəhşətli qəzalarından biri 2014-cü ildə Ukraynanın Donetsk vilayətində baş verib. “Buk-M1” zenit-raket kompleksi ilə Malayziya Hava Yollarına məxsus “Boeing 777” sərnişin təyyarəsi vurulub və nəticədə 298 nəfər həlak olub.

2024-cü ildə aviasiya təhlükəsizliyi bəzi göstəricilər üzrə yaxşılaşmış olsa da, risklər son beş ilin orta səviyyəsindən yüksək olaraq qalır. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesabatına əsasən, bədbəxt hadisələrin əmsalı hər milyon uçuşa 1,21 qəza təşkil edib, bu da hər 830 min uçuşa bir qəza deməkdir. Bu göstərici 2021-ci ilin 1,13 əmsalından (hər 890 min uçuşa bir qəza) yüksəkdir, lakin son beş ilin orta göstəricisi olan 1,26-dan (hər 810 min uçuşa bir qəza) aşağıdır.

Beşillik dövr üçün orta qəza əmsalı reaktiv mühərrikli təyyarələr üçün 0,16 və turbopropeller təyyarələr üçün 1,12-dir. 2023-cü ildə dünya üzrə 32,2 milyon uçuş həyata keçirilib. Bu, əvvəlki ilin 25,7 milyon uçuşu və son beş ilin orta hesabla 34,4 milyon uçuşu ilə müqayisədə yüksək göstəricidir.

Statistikaya görə, qəzaya düşmək ehtimalı çox azdır. İnsan hər gün uçsa belə, ölümlü qəzaya düşmək ehtimalı üçün 25,2 min ildən çox vaxt lazımdır.

Son illərdə aviasiya təhlükəsizliyi üzrə ciddi irəliləyişlər olsa da, texniki nasazlıq, insan səhvləri və bəzi hallarda təxribat qəzaların əsas səbəbi olaraq qalır. Statistik göstəricilər bu sahədə tədbirlərin daha da gücləndirilməsinin vacibliyini göstərir.

Son 10 ildə dünyada ən çox insan tələfatına səbəb olan aviasiya qəzalarına nəzər salaq:

İl

Qəza yeri

Təyyarə

Ölkə

Qəzanın Səbəbi

Qurban sayı

2024

Braziliya

ATR 72-212A

Braziliya

Qalxdıqdan sonra, təxminən 5,2 km hündürlükdə uçarkən, yastı burulğana düşüb və San Paulo hava limanından 76 kilometr məsafədə yerləşən Vinhedo bələdiyyəsində yerə çırpılıb

62

2023

Nepal

ATR 72

Nepal

Şəhər yaxınlığında çay dərəsində qəzaya uğrayıb

72

2022

Çin

Boeing 737

Çin

Dağlıq ərazidə qəzaya düşüb

132

2021

Filippin

Herkules C-130

Filippin

Uçuş-eniş zolağının hüdudlarından kənara çıxıb

52

2021

İndoneziya

Boeing 737-524

İndoneziya

Suya dəyərkən parçalanıb

62

2020

Pakistan

Airbus SE A320

Pakistan

Yaşayış məntəqəsində eniş zamanı qəzaya uğrayıb

97

2020

İran

Boeing 737

Ukrayna

Təyyarə Tehranın yaxınlığında İranın HHM tərəfindən vurulub

176

2019

Efiopiya

Boeing 737

Efiopiya

Bişoftu (Debre Zeyt) şəhəri yaxınlığında qalxdıqdan sonra qəzaya uğradı

157

2018

İndoneziya

Boeing 737 Max

İndoneziya

Qərbi Yava sahillərində suya çırpılaraq parçalanıb

185

2018

Kuba

Boeing 737

Kuba

Qalxdıqdan sonra qəzaya uğrayıb

104

2018

Rusiya

An-148

Rusiya

Domodedovo hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra radar ekranlarından yoxa çıxıb

71

2016

Rusiya

Tu-154

Rusiya

Qara dəniz üzərində Soçidən Suriyaya uçuş zamanı radarlardan yoxa çıxıb

92

2015

Misir

Airbus A321

Rusiya

Radarların ekranından yox olub və qəzaya uğrayıb.

224

2015

İndoneziya

Hercules C-130

İndoneziya

Texniki nasazlıq. Qalxdıqdan sonra yerə düşüb

116

2015

Fransa

Airbus A320

Almaniya

Kəskin hündürlük itkisi. Fransanın cənubunda Alp dağlarında qəzaya uğrayıb

150

2014

İndoneziya

Airbus A320-200

İndoneziya

Radarın ekranından yox olub. Pis hava şəraiti səbəbindən qəzaya düşüb

162

2014

Niger (Saxara)

McDonnell Douglas MD-83

Əlcəzair

Saxara səhrasında qəzaya uğrayıb.

116

2014

Ukrayna

Boeing 777

Ukrayna

Donetsk vilayətində "Buk-M1" zenit-raket kompleksindən 10 min km hündürlükdə terrorçular tərəfindən "yer-hava" raketi ilə vurulub.

298

2014

Hind okeanı

Boeing 777-200

Malayziya

Kuala Lumpurdan Pekinə uçan təyyarə aviasiya dispetçerlərinin radarlarından itib

239

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://report.az
archiveBu xəbər 25 Dekabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see280

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see130

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see130

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see129

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see128

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see125

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see123

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see122

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri