Dünyanın ən böyük aviaşirkətləri Top 10
Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Dünyanın ən böyük aviaşirkətləri açıqlanıb. 2026-cı il məlumatlarına əsasən hazırlanan reytinqdə aviaşirkətlər illik gəlirlərinə görə sıralanıb. Məlumatlar 2025-ci ilin III rübündən 2026-cı ilin II rübünədək olan dövrü əhatə edir.
Banco.az xəbər verir ki, ABŞ-nin aviaşirkət bazarında “Big Three” kimi tanınan “Delta”, “United” və “American Airlines” ilk üç pilləni tutur. “Delta”nın illik gəliri 68,3 milyard dollar təşkil edir. 1925-ci ildə yaradılan şirkət eyni zamanda dünyanın bazar dəyəri ən yüksək aviaşirkəti kimi göstərilir.
Delta Air Lines - 68,3 milyard dollar United Airlines - 62,9 milyard dollar American Airlines - 56,0 milyard dollar Lufthansa - 47,1 milyard dollar International Consolidated Airlines Group - 39,1 milyard dollar Air France-KLM - 36,0 milyard dollar Southwest Airlines - 28,9 milyard dollar China Southern Airlines - 25,3 milyard dollar Air China - 23,6 milyard dollar China Eastern Airlines - 19,4 milyard dollar“United Airlines” 62,9 milyard dollar gəlirlə ikinci yerdədir. 1931-ci ildə yaradılan aviaşirkət dünyanın ən böyük hava yolu alyansı olan “Star Alliance”ın təsisçi üzvlərindən biridir. “American Airlines” isə 56 milyard dollar gəlirlə üçüncü pillədə qərarlaşıb.
ABŞ bazarında böyük üçlükdən əlavə, “Southwest Airlines” da 28,9 milyard dollar gəlirlə ilk 10-luqda yer alır. ABŞ aviaşirkətləri 2025-ci ildə 17 milyondan çox uçuş həyata keçirib.
Avropada ən yüksək gəlirə malik aviaşirkət “Lufthansa”dır. Almaniyanın milli aviadaşıyıcısının illik gəliri 47,1 milyard dollar olub. “International Airlines Group” 39,1 milyard dollar, “Air France-KLM” isə 36 milyard dollar gəlirlə onu izləyib. İrlandiyanın “Ryanair” şirkəti isə 18,2 milyard dollar gəlirlə Avropanın əsas aşağıbüdcəli aviaşirkəti kimi reytinqdə yer alıb.
Asiyada ən yüksək gəlirə malik üç aviaşirkət isə Çinə məxsusdur. “China Southern Airlines” 25,3 milyard dollar, “Air China” 23,6 milyard dollar, “China Eastern Airlines” isə 19,4 milyard dollar illik gəlir əldə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 22 Sentyabr 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















