Dünyanın ən böyük ölkəsinin dərinləşən aviasiya problemi FOTO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Rusiyada daha bir təyyarə qəzası baş verdi. An-24 sərnişin təyyarəsinin qəzası 48 nəfərin həyatına son qoydu? Bəs nə üçün Federasiyada təyyarə qəzaları intensivləşib?
Avtosfer.az xəbər verir ki, Sovet İttifaqının süqutundan sonra Rusiyanın aviasiya sənayesi də məhv oldu. Müasir laynerlərlə rəqabət apara bilməyən sovet modeli təyyarələr heç kimdə maraq doğurmadı. Lakin məsələnin başqa tərəfi də vardı.
Rusiyanın ucqarlarında işləmək üçün Qərb təyyarələri əlverişli deyildi. Əslində 1990-2000-ci illərdə buna ciddi tələbat da yox idi. Sovet dövründən qalan ehtiyat hissələr, mühərrik və digər detallar təyyarələrin istismarına imkan verirdi. Lakin zaman keçdikcə Rusiyadan kənardakı (əsasən Ukrayna və Özbəkistan) zavodlar istehsalı dayandırdı. Ukrayna müharibəsindən sonra isə vəziyyət daha da ağır oldu.
Aviaşirkətlər təzə maşın ala bilmədikləri üçün köhnə təyyarələri birtəhər təmir edib işləməyi üstün tutdular. Hətta bu yaxınlarda An-24 təyyarələrinin istismar müddəti 60 ilə qaldırıldı. Hazırda Rusiyanın mülki donanmasında 45, orduda isə 1 ədəd An-24 təyyarəsi var. Müntəzəm istismarı 1962-ci ildə başlayan təyyarə müxtəlif variantlarda 1367 ədəd istehsal edilib. Hazırda reys həyata keçirən hava gəmilərindən ən “cavanı” 1979-cu ildə zavodu tərk edib.
Bizcə, elə bu rəqəmlər böhranın hansı həddə olduğunu göstərməyə kifayətdir.
Vüqar Yaşaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 25 İyul 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















