Icma.az
close
up
RU
Son 10 ildə baş verən ən böyük aviasiya qəzaları STATİSTİKA

Son 10 ildə baş verən ən böyük aviasiya qəzaları STATİSTİKA

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğraması aviasiya nəqliyyatında təhlükəsizliyi barədə bir sıra məsələləri qabardır. Xatırladaq ki, qəza nəticəsində ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.

Son yarım əsrdə aviasiya nəqliyyatı müasir dövrün ən təhlükəsiz nəqliyyat növlərindən birinə çevrilsə də, ölümlə nəticələnən aviasiya qəzaları hələ də tamamilə aradan qalxmayıb.

Publika.az xəbər verir ki, Report son 10 ildə dünyada baş verən aviaqəzaları araşdırıb.

2024-cü il aviasiya qəza göstəricilərinə görə son onilliyin ən yüksək rəqəmlərinə malikdir. Qlobal miqyasda baş verən 16 qəza və bu hadisələr nəticəsində, dekabrın 25-də Aktauda “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysi həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində itkiləri nəzər almasaq, həyatını itirən 196 nəfər, təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsinə baxmayaraq, risklərin qalmaqda olduğunu bir daha göstərir. Statistik məlumatlar, aviasiya sahəsində insan faktoru, texniki nasazlıqlar və bəzi hallarda baş verən təxribatların təhlükəsizlik üçün hələ də ciddi təhdid olduğunu göstərir. Lakin bu gün Aktauda baş verən hadisə bir daha göstərdi ki, təyyarədə olan sərnişinlərin yarısından çoxunun sağ qalması AZAL heyətinin peşəkarlığının bariz nümunəsidir.

Ötən il dünya üzrə 7 (qurbanların sayı 111 nəfər), 2022-ci ildə 3 (168 nəfər), 2021-ci ildə 4 (158 nəfər), 2020-ci ildə 5 (320 nəfər), 2019-ci ildə 4 (229 nəfər), 2018-ci ildə 5 (399 nəfər), 2017-ci ildə 2 (41 nəfər), 2016-ci ildə 10 (348 nəfər), 2015-ci ildə 6 (583 nəfər) və 2014-cü ildə 14 (1 143 nəfər) avia qəza baş verib.

Son on ilin ən dəhşətli qəzalarından biri 2014-cü ildə Ukraynanın Donetsk vilayətində baş verib. “Buk-M1” zenit-raket kompleksi ilə Malayziya Hava Yollarına məxsus “Boeing 777” sərnişin təyyarəsi vurulub və nəticədə 298 nəfər həlak olub.

2024-cü ildə aviasiya təhlükəsizliyi bəzi göstəricilər üzrə yaxşılaşmış olsa da, risklər son beş ilin orta səviyyəsindən yüksək olaraq qalır. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesabatına əsasən, bədbəxt hadisələrin əmsalı hər milyon uçuşa 1,21 qəza təşkil edib, bu da hər 830 min uçuşa bir qəza deməkdir. Bu göstərici 2021-ci ilin 1,13 əmsalından (hər 890 min uçuşa bir qəza) yüksəkdir, lakin son beş ilin orta göstəricisi olan 1,26-dan (hər 810 min uçuşa bir qəza) aşağıdır.

Beş illik dövr üçün orta qəza əmsalı reaktiv mühərrikli təyyarələr üçün 0,16 və turbopropeller təyyarələr üçün 1,12-dir. 2023-cü ildə dünya üzrə 32,2 milyon uçuş həyata keçirilib. Bu, əvvəlki ilin 25,7 milyon uçuşu və son beş ilin orta hesabla 34,4 milyon uçuşu ilə müqayisədə yüksək göstəricidir.

Statistikaya görə, qəzaya düşmək ehtimalı çox azdır. İnsan hər gün uçsa belə, ölümlü qəzaya düşmək ehtimalı üçün 25,2 min ildən çox vaxt lazımdır.

Son illərdə aviasiya təhlükəsizliyi üzrə ciddi irəliləyişlər olsa da, texniki nasazlıq, insan səhvləri və bəzi hallarda təxribat qəzaların əsas səbəbi olaraq qalır. Statistik göstəricilər bu sahədə tədbirlərin daha da gücləndirilməsinin vacibliyini göstərir.

Son 10 ildə dünyada ən çox insan tələfatına səbəb olan aviasiya qəzalarına nəzər salaq:

İl

Qəza yeri

Təyyarə

Ölkə

Qəzanın Səbəbi

Qurban sayı

2024

Braziliya

ATR 72-212A

Braziliya

Qalxdıqdan sonra, təxminən 5,2 km hündürlükdə uçarkən, yastı burulğana düşüb və San Paulo hava limanından 76 kilometr məsafədə yerləşən Vinhedo bələdiyyəsində yerə çırpılıb

62

2023

Nepal

ATR 72

Nepal

Şəhər yaxınlığında çay dərəsində qəzaya uğrayıb

72

2022

Çin

Boeing 737

Çin

Dağlıq ərazidə qəzaya düşüb

132

2021

Filippin

Herkules C-130

Filippin

Uçuş-eniş zolağının hüdudlarından kənara çıxıb

52

2021

İndoneziya

Boeing 737-524

İndoneziya

Suya dəyərkən parçalanıb

62

2020

Pakistan

Airbus SE A320

Pakistan

Yaşayış məntəqəsində eniş zamanı qəzaya uğrayıb

97

2020

İran

Boeing 737

Ukrayna

Təyyarə Tehranın yaxınlığında İranın HHM tərəfindən vurulub

176

2019

Efiopiya

Boeing 737

Efiopiya

Bişoftu (Debre Zeyt) şəhəri yaxınlığında qalxdıqdan sonra qəzaya uğradı

157

2018

İndoneziya

Boeing 737 Max

İndoneziya

Qərbi Yava sahillərində suya çırpılaraq parçalanıb

185

2018

Kuba

Boeing 737

Kuba

Qalxdıqdan sonra qəzaya uğrayıb

104

2018

Rusiya

An-148

Rusiya

Domodedovo hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra radar ekranlarından yoxa çıxıb

71

2016

Rusiya

Tu-154

Rusiya

Qara dəniz üzərində Soçidən Suriyaya uçuş zamanı radarlardan yoxa çıxıb

92

2015

Misir

Airbus A321

Rusiya

Radarların ekranından yox olub və qəzaya uğrayıb.

224

2015

İndoneziya

Hercules C-130

İndoneziya

Texniki nasazlıq. Qalxdıqdan sonra yerə düşüb

116

2015

Fransa

Airbus A320

Almaniya

Kəskin hündürlük itkisi. Fransanın cənubunda Alp dağlarında qəzaya uğrayıb

150

2014

İndoneziya

Airbus A320-200

İndoneziya

Radarın ekranından yox olub. Pis hava şəraiti səbəbindən qəzaya düşüb

162

2014

Niger (Saxara)

McDonnell Douglas MD-83

Əlcəzair

Saxara səhrasında qəzaya uğrayıb.

116

2014

Ukrayna

Boeing 777

Ukrayna

Donetsk vilayətində "Buk-M1" zenit-raket kompleksindən 10 km hündürlükdə terrorçular tərəfindən "yer-hava" raketi ilə vurulub.

298

2014

Hind okeanı

Boeing 777-200

Malayziya

Kuala Lumpurdan Pekinə uçan təyyarə aviasiya dispetçerlərinin radarlarından itib

239

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://publika.az
archiveBu xəbər 25 Dekabr 2024 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri