Son 10 ildə tələbə sayı 4 mindən 8 minə çatdı GDU da Bilik Günü
Azertag saytına istinadən Icma.az xəbər verir.
Gəncə, 15 sentyabr, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) 15 Sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov yeni tədris ilinin başlanması münasibətilə ali təhsil ocağının əməkdaşlarını və tələbələri təbrik edib, ən xoş arzularını çatdırıb və onlara uğurlar arzulayıb.
Rektor çıxışında Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edərək, hazırda dövlət başçısı İlham Əliyevin təhsil sahəsinin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb və son illər ərzində universitetdə əldə edilən nailiyyətlər, kadr hazırlığı, tələbələr üçün yaradılan yeni imkanlar haqqında söhbət açıb. Bildirib ki, Gəncə Dövlət Universitetində təhsil alan tələbələrin sayı son 10 ildə 4 mindən 8 minə qədər yüksəlib. GDU-da təlim və tədrisin keyfiyyətinin yüksəldilməsi, kadr potensialı, maddi-texniki bazanın gücləndirliməsi hər zaman diqqət mərkəzindədir. Bir vaxtlar yalnız pedaqoji ixtisaslar üzrə kadr hazırlayan universitetdə hazırda müxtəlif istiqamətlərə aid bakalavriat səviyyəsi üzrə 44 ixtisas, magistratura səviyyəsi üzrə 23 ixtisas üzrə 68 ixtisaslaşmada kadrlar hazırlanır.
Yusif Yusibov son illərdə Gəncə Dövlət Universitetinə qəbul olunan tələbələr arasında yüksək bal toplayan gənclərin sayının ilbəil artdığını vurğulayıb. Diqqətə çatdırıb ki, 2026-2027-ci tədris ilində də Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə 600 və daha çox bal toplayaraq qəbul olan I kurs tələbələrinə payız semestri ərzində aldıqları təqaüddən əlavə hər ay 200 manat məbləğində həvəsləndirici təqaüd veriləcək. Növbəti semestrlərdə isə Ümumi Orta Məktəb Qiyməti 91-100 bal aralığında olduğu və univeristetin ictimai həyatında fəal iştirak etdiyi halda tələbələrə təqaüdün verilməsi davam edəcək.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə çıxışında bildirib ki, 2026-2027-ci tədris ili üzrə 1800-dən çox gənc Gəncə Dövlət Universitetinin tələbəsi adını qazanıb. O da vurğulanıb ki, universitet məzunları əldə etdikləri nəzəri bilik və praktiki bacarıqlar sayəsində həm ölkə daxilində, həm də xarici ölkələrdə uğurla fəaliyyət göstərirlər.
Tədbirdə 673,1 bal toplayaraq GDU-nun bakalavriat səviyyəsi üzrə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olan Xədicə Ələkbərova və 84,5 bal toplayaraq magistratura səviyyəsinə qəbul olan Qənirə Rzazadə çıxış ediblər. Tələbələr Gəncə Dövlət Universitetinin tələbəsi adını qazandıqları üçün sevinc hissi keçirdiklərini, təhsillərini məhz GDU-da davam etdirəcəklərinə görə sevindiklərini bildiriblər.
Tələbə valideyni İlahə Namazova çıxış edərək bildirib ki, övladının Gəncə Dövlət Universitetini seçməsi təsadüfi deyil. Belə ki, qədim və zəngin tarixə malik GDU-nun özünəməxsus yeri və nüfuzu var. Universitetdə yaradılan müasir təhsil imkanları, professor-müəllim heyətinin peşəkarlığı və universitet rəhbərliyi tərəfindən tələbələrə göstərilən diqqət və qayğı bu seçimdə mühüm rol oynayır.
Sonda GDU-ya yüksək balla qəbul olan tələbələrə hədiyyələr təqdim edilib.
Müxbir - Elcan Məmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 15 Sentyabr 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















