Icma.az
close
up
RU
GDU da keçirilən bilik yarışında “Elm yolçuları” birinci oldu

GDU da keçirilən bilik yarışında “Elm yolçuları” birinci oldu

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 iyun, AZƏRTAC

Gəncə Dövlət Universitetində Tələbə Elmi Cəmiyyəti və Qiyabi şöbənin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində intellektual yarış keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elm və innovasiyalar üzrə prorektor, deputat Pərvin Kərimzadə çıxış edərək bildirib ki, intellektual yarışın keçirilməsində əsas məqsəd tələbələr arasında bilik mübadiləsini gücləndirmək, komanda ruhunu inkişaf etdirmək, həmçinin şəhərsalma və memarlıq sahəsinə marağın artırılmasıdır.

Qiyabi şöbənin müdiri Elsevər Nağıyev çıxışında bildirib ki, müasir dövrdə uğurun əsas şərtlərindən biri bilik və davamlı özünüinkişafdır. Bu cür yarışlar tələbələrin əldə etdikləri nəzəri bilikləri praktik şəkildə nümayiş etdirmələrinə, məntiqi təfəkkürlərini gücləndirmələrinə və sağlam rəqabət mühitində öz bacarıqlarını sınamalarına imkan yaradır.

İntellektual yarış üç mərhələdə — “Dünyagörüşü”, “Şəhərsalma və memarliq” və “Tarix və mədəni irs” üzrə keçirilib. Ümumilikdə 30 sualdan ibarət yarışda komandalar sürət, məntiq və biliklərini nümayiş etdiriblər. Komandaların cavabları münsiflər heyəti tərəfindən qeydə alınıb və qiymətləndirilib.

Rəqabətli keçən yarışın sonunda “Elm yolçulari” komandası I yerə layiq görülüb. II yeri “Zəfər nəbzi”, III yeri isə “Zəfər zirvəsi” komandası qazanıb.

Qaliblər pul mükafatı və fəxri fərmanlarla təltif olunublar, bütün iştirakçılara isə sertifikatlar təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2026 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see430

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see315

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see311

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see308

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see305

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see303

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see303

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see298

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see297

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see279

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see266

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see265

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see264

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see263

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see258

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see256

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see255

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see255

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see253
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri