Icma.az
close
up
RU
MDU da Bilik Günü: universitet ailəsinə 1688 tələbə qoşuldu

MDU da Bilik Günü: universitet ailəsinə 1688 tələbə qoşuldu

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlanmasına həsr olunmuş Bilik Günü tədbiri keçirilib. Universitetin həyətində təşkil edilən mərasimdə Mərkəzi Aran Gənclər və İdman İdarəsinin, şəhər Təhsil sektorunun və bələdiyyənin rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, MDU-nun İctimai Nəzarət Şurasının nümayəndələri, akademik və inzibati heyət, tələbələr, magistrantlar, valideynlər və qonaqlar iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, onun əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Dövlət Bayrağı ən yüksək balla qəbul olunmuş tələbələrin müşayiəti ilə meydana gətirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni isə orkestr və xor kollektivinin ifasında səsləndirilib.

Bu il ilk dəfə olaraq universitetin himni də tədbirdə səsləndirilib. Himn MDU-nun universitet statusu almasının 10 illik yubileyinə həsr olunub və tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.

Rektor Anar Eminov tədbiri açaraq Bilik Günü münasibətilə təbriklərini çatdırıb. O, Prezident İlham Əliyevin elm və təhsilə göstərdiyi diqqət və qayğını vurğulayıb, 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan olunmasını xatırladıb. Rektor qeyd edib ki, bu il həm də xalqımızın böyük Qələbəsinin – Vətən müharibəsi Zəfərinin 5-ci ildönümüdür və bu tarixi hadisə gənclərin üzərinə əlavə məsuliyyət qoyur.

Universitetə qəbul göstəricilərindən danışan rektor bildirib ki, 2025/2026-cı tədris ilində MDU-ya ümumilikdə 1688 nəfər qəbul olunub: bakalavriat üzrə 1420, magistratura üzrə 166, əlavə təhsil üzrə isə 102 nəfər. Qəbul imtahanlarında yüksək nəticə göstərmiş 20 tələbəyə universitetin Elmi şurasının qərarı ilə birdəfəlik təqaüd ayrılıb.

Sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək gəncləri elmə, vətənpərvərliyə və biliklərə yiyələnməyə çağırıblar. Şəhid anası Azadə Abdullayeva isə gənclərin şəhidlərin yolunu şərəflə davam etdirəcəyinə inandığını vurğulayıb.

Tədbirdə ən yüksək balla – 638.8 bal toplayaraq universitetə qəbul olunmuş Şəbnəm Şirinova tələbə andını səsləndirib. Daha sonra 500-dən yuxarı bal toplamış tələbələr mükafatlandırılıb.

Mərasim valideynlərin çıxışları ilə davam edib. Tədbirin bədii hissəsində Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Fərqanə Qasımova “Çırpınırdı Qara dəniz” mahnısını ifa edib.

Tədbirdə Mərkəzi Aran Gənclər və İdman İdarəsinin, şəhər Təhsil sektorunun və bələdiyyənin rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, MDU-nun İctimai Nəzarət Şurasının nümayəndələri iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri