Icma.az
close
up
RU
Son 5 ildə Azərbaycanın qeyri neft ixracı 72 faiz artıb

Son 5 ildə Azərbaycanın qeyri neft ixracı 72 faiz artıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 25 sentyabr, AZƏRTAC

Son illər ərzində Azərbaycanın qeyri-neft sektorunun davamlı inkişafı və ixracın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkə məhsullarının xarici bazarlarda tanınmasına və rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə verib. Bu prosesdə “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə fəaliyyət göstərən ixracın təşviqi mexanizmləri vacib rol oynayır.

AZƏRTAC xəbər verir ki, nəticədə son 5 ildə (2019-2024-cü illər) qeyri-neft ixracı 72 faizədək artıb və 2024-cü ildə tarixi rekordu yeniləyib.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq olunmuş Qaydada təsbit edilmiş 10 dəstək mexanizmi vasitəsilə “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi həyata keçirilir. Bura ixrac və alıcı missiyalarının təşkili, xarici bazarların araşdırılması, beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirak, xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və ya mağaza şəbəkələrində, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında “Made in Azerbaijan” rəflərinin təşkili, xarici ölkələrin ictimai yerlərində və mediasında “Made in Azerbaijan” brendinin təbliği, beynəlxalq sertifikatların alınmasına dəstək, eləcə də ixracyönümlü məhsul və texnologiyaların inkişafına yönələn tədqiqat-inkişaf layihələrinin həyata keçirilməsinə dəstək mexanizmləri daxildir.

Bununla yanaşı, qeyri-neft ixracının şaxələndirilməsi və ixrac bazarlarının diversifikasiyası məqsədilə yeni dəstək tədbirlərinin də tətbiqi nəzərdə tutulur. Belə ki, beynəlxalq elektron ticarət platformalarında qeyri-neft məhsullarının satışının təşkilinə dəstək, xarici tərəfdaşlarla danışıqların aparılması zamanı qeyri-neft məhsullarının nümunələrinin göndərilməsinə dəstək, ixrac zamanı əqli mülkiyyət hüquqlarının xarici ölkələrdə qeydiyyata alınmasına dəstək və qeyri-neft məhsullarının daşınması üçün dəstək kimi yeni mexanizmlərin tətbiqi gözlənilir.

“Made in Azerbaijan” əmtəə nişanından istifadə hüququnu əldə etmək istəyən sahibkar İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya müraciət edir. Sahibkarın müraciəti müsbət qiymətləndirildikdə, ona AZPROMO tərəfindən lisenziya müqaviləsi əsasında “Made in Azerbaijan” əmtəə nişanından istifadə hüququ verilir. Lisenziya müqaviləsi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində dövlət qeydiyyatına alınır. Lisenziya müqaviləsinin dövlət qeydiyyatına alınması, müqaviləyə dəyişikliklər, xitam və digər məsələlərlə bağlı xərclər müraciət edən sahibkar tərəfindən ödənilir.

Beləliklə, qeyri-neft ixracının şaxələndirilməsi, ixracatçılar üçün institusional və operativ dəstək mexanizmlərinin tətbiqi, o cümlədən beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlərin nəticəsi olaraq 2024-cü ildə qeyri-neft ixracı 3,4 milyard dollar təşkil edərək tarixi rekord səviyyəsinə çatıb. Təkcə cari ilin yanvar-iyul ayları ərzində qeyri-neft ixracının həcmi 2 milyard dollardan çox olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur. Əsas qeyri-neft ixracı bazarları sırasında Rusiya, Türkiyə, ABŞ və Gürcüstan yer alır.

Bu nəticələr, eyni zamanda ölkənin strateji sənədlərində müəyyən edilmiş hədəflərlə uzlaşır və qeyri-neft ixracının təşviqinə yönəlmiş kompleks yanaşmanın praktiki təzahürü kimi çıxış edir. Belə ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən, 2026-cı ilin yekunlarına görə, Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının 4 milyard dollara çatdırılması hədəfi qoyulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri