Icma.az
close
up
RU
Son 5 ildə büdcədən Milli Məclisə 300 milyona yaxın vəsait ayrılıb Bu pul hara xərclənib?

Son 5 ildə büdcədən Milli Məclisə 300 milyona yaxın vəsait ayrılıb Bu pul hara xərclənib?

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gələn il dövlət büdcəsindən Milli Məclisə 52,07 milyon manat vəsait ayrılacaq. 

"AzPolitika" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. 

Qeyd edək ki, bu göstərici 2025-ci illə müqayisədə 546 min manat və ya 1,1 faiz artım deməkdir. Belə ki, 2025-ci ildə dövlət büdcəsindən Milli Məclis üçün 51,53 milyon manat ayrılmışdı.

Qeyd edək ki, gələn il üçün nəzərdə tutulan vəsaitin əsas hissəsi əməyin ödənişinə yönəldiləcək. Belə ki, 2026-cı ildə Milli Məclis üzrə əməyin ödənişi xərcləri 39,51 milyon manat, o cümlədən əməkhaqqı xərcləri 31,75 milyon manat təşkil edəcək. Bura - deputatların, aparat işçilərinin və digər əməkdaşların maaşları, mükafatlar, əlavələr, ezamiyyət xərcləri, sosial sığorta və vergilərlə bağlı ödənişlər daxildir. Yerdə qalan vəsait isə texniki məsələlərə sərf olunacaq.

Maraq üçün qeyd edək ki, ümumilikdə, 2020–2026-cı illər ərzində dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsait 6,58 milyon manat artaraq 45,49 milyondan 52,07 milyona yüksəlib. Azərbaycan Respublikasının Milli Məclisinə dövlət büdcəsindən ayrılan vəsaitlər son altı ildə sabit artım tendensiyası göstərib. 2020-ci ildən 2026-cı ilə qədər parlamentin saxlanılmasına ayrılan maliyyə vəsaitləri təxminən 14 faiz artıb. 2020-ci ildən başlayaraq 2025-ci il üçün Milli Məclisə büdcədən təxminən 286 milyon 339 min manat vəsait ayrılıb.

İllər üzrə Milli Məclisə ayrılan vəsaiti təqdim edirik:

- 2020 - 45 milyon 488 min manat;

- 2021 -  42 milyon 270 min manat;

- 2022 - 42 milyon 36 min manat;

- 2023 - 55 milyon 794 min manat;

- 2024 - 49 milyon 220 min manat;

- 2025 - 51 milyon 530 min manat;

- 2026 - 52 milyon 70 min manat.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Noyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri