Icma.az
close
up
RU
Son 500 ildə dünyamızı heyrətamiz dərəcədə dəyişən dörd bitki

Son 500 ildə dünyamızı heyrətamiz dərəcədə dəyişən dörd bitki

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son iki yüz ildə insanlıq elmi və texnoloji yeniliklərin dünyanı necə dəyişdirdiyini görür. Lakin son 500 ildə bəşəriyyətin həyatına ən böyük təsiri yalnız texnologiya deyil, həm də dörd Amerika mənşəli bitki göstərib. Bu bitkilər qlobal iqtisadiyyatı, qidalanma vərdişlərini və sosial münasibətləri kökündən dəyişdirib.

Qaynarinfo-nun məlumatına gprə, "Forbes" nəşrində yazan amerikalı evolyusiya bioloqu Skott Trevers qeyd edir ki, Yeni Dünyadan Avropaya gətirilən çoxlu bitki növləri qitənin qidalanma sistemini inqilabi şəkildə dəyişdirib. Onlardan dördü isə xüsusilə dəyərli və təsirli olub.

Kakao

Mərkəzi və Cənubi Amerikanın tropik meşələrindən gələn bu bitki insanlığa əvvəllər tanış olmayan bir məhsul – şokoladı bəxş edib. Maya və Astek sivilizasiyaları kakao dənələrini dini mərasimlərdə istifadə edir, bəzən onları pul əvəzi işlədirdilər.

Kakaonu ilk dəfə Kristofor Kolumb görsə də, onun əhəmiyyətini anlamayıb. Daha uzaqgörən ispan konkistadoru Hernan Kortes isə Astek imperiyasını məğlub etdikdən sonra kakaonu İspaniyaya gətirib.

Bu gün kakao Qərbi Afrikanın və dünyanın digər bölgələrinin iqtisadiyyatında strateji əhəmiyyətə malik kənd təsərrüfatı məhsuludur. Şokolad isə artıq müasir insanların gündəlik həyatının ayrılmaz hissəsidir.

Qarğıdalı

Kolumb həm də qarğıdalını ilk görən avropalı olub. XV əsrin sonlarında bu bitki bütün Karib hövzəsində becərilirdi. İspaniyaya gətirildikdən sonra qarğıdalı qısa müddətdə Aralıq dənizi ölkələrinə, oradan isə Afrikaya və Asiyaya yayılıb.

Qarğıdalının müxtəlif iqlim şəraitinə uyğunlaşması və yüksək məhsuldarlığı onu dünyanın aparıcı taxıl bitkilərindən birinə çevirib. Bu gün o, buğda və düyü ilə yanaşı, əsas üç taxıl növündən biridir. Onun həm heyvandarlıq, həm də qida və sənaye məhsullarında rolu çox böyükdür.

Kartof

Avropalıların etimadını qazanmaqda çətinlik çəkən bu bitki XVI əsrin sonlarına qədər qitədə demək olar ki, tanınmayıb. Yalnız XVIII əsrin sonlarında geniş yayılaraq bir çox ölkələrdə "ikinci çörək” adını qazanıb.

İrlandiya, Almaniya və Rusiya imperiyasında kartofun yüksək məhsuldarlığı kəndlilərə az torpaqla ailələrini dolandırmaq imkanı verib. Lakin XIX əsrin ortalarında İrlandiyada kartof xəstəliyi səbəbindən baş verən aclıq ölkə əhalisinin 1/4-ni məhv edib və milyonlarla insanı ABŞ-a köçməyə məcbur edib. Bu hadisə həm İrlandiyanın demoqrafiyasına, həm də Amerika mədəniyyətinə dərin təsir göstərib.

Tütün

Kolumbun ən ziddiyyətli "mirası” tütün hesab olunur. Cənubi Amerikada və Kariblərdə tütündən dini ayinlərdə istifadə edilib. Kolumb bu rituallardan təsirlənərək tütünü Avropaya gətirib və qısa zamanda bu bitki Avropa cəmiyyətində asılılıq yaradan bir vərdişə çevrilib.

Tütünçülük tezliklə Avropa müstəmləkələrinin iqtisadi əsasına çevrilib və bu sahə bu gün də gəlirli qalır. Lakin siqaret çəkmənin insan sağlamlığına mənfi təsiri müasir dövrdə ən ciddi tibbi problemlərdən biri hesab olunur.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri