Son 6 ildə 913 uşaq ailələrinə qaytarılıb
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin 2020-ci ildən bəri həyata keçirdiyi reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq sosial xidmət müəssisələrindən öz ailələrinə qaytarılıb.
Nazirlikdən verilən məlumata görə, uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələr üçün sosial dəstək tədbirlərini əhatə edən ailə inkişaf planları hazırlanır. Həmin planlar çərçivəsində ailələrin gücləndirilməsi məqsədilə müxtəlif istiqamətlər üzrə dəstək göstərilir.
Bildirilib ki, uşaqlar ailələrinə qaytarıldıqdan sonra onların ailədəki vəziyyətinin izlənilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır.
Agentlik tərəfindən eyni zamanda uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində sosial-psixoloji dəstək və maarifləndirmə tədbirləri də həyata keçirilir.
Qeyd olunub ki, ötən dövrdə görülən tədbirlər nəticəsində 1019 uşağın ailələri tərəfindən sosial xidmət müəssisələrinə verilməsinin qarşısı alınıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 28 İyul 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















