Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Son 6 ildə Füzulidə nəhəng layihələr reallaşdırılıb

Son 6 ildə Füzulidə nəhəng layihələr reallaşdırılıb

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan xalqının tarixi Zəfərinin, doğma torpaqlara qayıdışın və Qarabağda başlanan yeni həyatın rəmzidir. 2026-cı ildə Füzulinin işğaldan azad olunmasının altıncı ildönümünü qeyd edirik. Altı il əvvəl qazanılan hərbi Qələbə bu gün genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastruktur layihələri və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə davam edir.

1993-cü ildə Füzulinin böyük hissəsinin işğalından sonra minlərlə sakin uzun illər Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşadı. Lakin 27 il ərzində doğma yurda qayıtmaq ümidi heç zaman sönmədi. Prezident İlham Əliyev keçmiş məcburi köçkünlərlə görüşlərində onların məskunlaşdığı qəsəbələrin müvəqqəti yaşayış yerləri olduğunu, əsas məqsədin ərazi bütövlüyünün bərpası və insanların öz doğma torpaqlarına qaytarılması olduğunu dəfələrlə vurğulamışdı.
2020-ci ilin 17 oktyabrında Füzuli şəhərinin işğaldan azad edilməsi bu məqsədə gedən yolda mühüm tarixi mərhələ oldu. Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən mürəkkəb hərbi əməliyyatlarından biri kimi tarixə düşdü. Ermənistan silahlı qüvvələrinin uzun illər ərzində qurduğu müdafiə xətlərinin yarılması Azərbaycan Ordusunun peşəkarlığını, döyüş qabiliyyətini və hərbi əməliyyatların düzgün planlaşdırılmasının əhəmiyyətini nümayiş etdirdi. Füzuli şəhərinin azad edilməsi Azərbaycan Ordusunun sonrakı irəliləyişinə, xüsusilə Şuşa istiqamətində əməliyyatların davam etdirilməsinə mühüm imkanlar yaratdı.

Bu gün Füzuli həm hərbi Qələbənin, həm də Böyük Qayıdışın təcəssümünə çevrilib. İşğal dövründə dağıdılmış yaşayış məntəqələrinin, tarixi-mədəni abidələrin və infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Azad edilmiş ərazilərdəki dağıntılar beynəlxalq ictimaiyyətə təqdim olunur, eyni zamanda həmin ərazilərdə müasir yaşayış mühitinin formalaşdırılması istiqamətində layihələr icra edilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində Füzuli yeni şəhərsalma yanaşmaları əsasında yenidən qurulur. Müasir yaşayış kompleksləri, məktəblər, sosial obyektlər sakinlərin rahat və təhlükəsiz həyatının təmin edilməsinə xidmət edir. Füzuli şəhərinin yenidən qurulması Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi kompleks inkişaf siyasətinin mühüm nümunələrindən biridir.

2026-cı il Böyük Qayıdışın birinci mərhələsinin yekunlaşmasının nəzərdə tutulduğu il kimi xüsusi əhəmiyyət daşıyır. Proqram çərçivəsində Füzuli rayonunda 22 min nəfərin məskunlaşması hədəfi qarşıya qoyulub. 2026-cı il oktyabrın 1-dək isə Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb və bu proses davam edir. Əhalinin mərhələli şəkildə qayıdışı ilə yanaşı, məşğulluq imkanlarının genişləndirilməsi, sahibkarlığın təşviqi və iqtisadi fəallığın artırılması da əsas prioritetlərdəndir. Çünki Böyük Qayıdış insanların öz evlərinə dönməsi, həm də həmin ərazilərdə dayanıqlı iqtisadi və sosial həyatın formalaşdırılması deməkdir.

Füzulinin inkişafında strateji infrastruktur layihələri də mühüm yer tutur. Bu xüsusda Füzuli Beynəlxalq Hava Limanı Qarabağın nəqliyyat-logistika imkanlarını genişləndirən, regionun beynəlxalq əlaqələrinə və iqtisadi potensialına töhfə verən mühüm layihədir. Qısa müddətdə inşa edilən hava limanı Qarabağa səfərlərin təşkilində, beynəlxalq nümayəndə heyətlərinin qəbulunda və bölgənin nəqliyyat əlçatanlığının artırılmasında əhəmiyyətli rol oynayır.

Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılıb. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilib. 

Füzulinin dirçəlişində xüsusi diqqət çəkən məqamlardan biri də gənc nəslin doğma yurda qayıdışıdır. Qarabağı yalnız valideynlərinin xatirələrindən tanıyan gənclər bu gün həmin torpaqlarda yeni həyat qurmaq imkanı əldə edirlər. Bu, tarixi yaddaşın qorunması, milli-mənəvi bağlılığın gücləndirilməsi və bölgənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see470

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see439

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see313

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see310

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see264

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see253

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see247

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see243

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see234

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see229

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see222

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see217

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see217

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see215

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see213

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see204

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see201

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see199

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see196

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri