Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Son 9 ayda ölkəyə nə qədər ekoloji təmiz minik avtomobili gətirilib?

Son 9 ayda ölkəyə nə qədər ekoloji təmiz minik avtomobili gətirilib?

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Ölkədə əhalinin artması ilə bərabər minik avtomobillərinin də sayı çoxalır ki, bu da atmosferə atılan zərərli qazların həcminin xeyli artması ilə nəticələnir. Nəqliyyat sektorunun ətraf mühitə, o cümlədən iqlim dəyişmələrinə mənfi təsirlərinin azaldılması məqsədilə ölkəmizdə qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, bir sıra tədbirlər həyata keçirilir. Nəticədə ekoloji təmiz avtomobillərə bir sıra maliyyə güzəştlərinin tətbiqi ölkəmizdə həmin nəqliyyat vasitələrinin sayının artmasına yol açır.

Avtosfer.az-ın məlumatına görə, bu barədə Media Təhlil Mərkəzinin (MTM)  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin verdiyi rəsmi məlumatlar əsasında apardığı təhlil göstərir ki, cari ilin yanvar-sentyabr aylarında ölkəmizə idxal olunan minik avtomobillərinin 30,19%-i ekoloji təmiz minik avtomobilləri olub ki, bu da indiyə qədər qeydə alınan ən yüksək faiz göstəricisidir. Ötən ilin eyni dövründə bu göstərici 18,86%, yekununda isə 19,51% təşkil etmişdi.

Ümumilikdə son illərə nəzər salsaq, hər il bu faizin artdığının şahidi olarıq. 2018-ci ildən başlayaraq ölkəmizə gətirilən ekoloji təmiz minik avtomobillərinin sayı ilk ildə ümumi minik avtomobili idxalının cəmi 1,47%-ni təşkil etmişdi.

Say olaraq nəzər yetirsək, cari ilin ilk 9 ayında ölkəmizə 17 955 ədəd ekoloji təmiz minik avtomobilinin idxal olunduğunu görərik. Bu say ötən ilin eyni dövrü ilə müqayisədə 41,1% çoxdur. Ötən ilin yekun göstəricilərinə əsasən ölkəyə 17 200 ekoloji təmiz minik avtomobili gətirilib ki, bu da cari ilin ilk 9 ayına olan göstəricidən azdır. 2022-ci ilin yekun göstəricisi ilə müqayisədə isə, 45,5% çoxdur.

Bu növ minik avtomobillərinin idxal olunduğu ilk ildə (2018) cəmi 384 ekoloji təmiz minik avtomobili idxal olunmuşdu. Növbəti ildə isə bu say 9,8 dəfə artaraq 3 777-yə çatmışdı.

Yeganə azalma 2022-ci ildə qeydə alınıb ki, həmin dövrdə əvvəlki il ilə müqayisədə idxal olunan ekoloji təmiz minik avtomobillərinin sayı 9,7 % azalaraq 11 824 ədəd təşkil edib.

Cari ilin ilk 9 ayında ölkəmizə gətirilən 17 955 ekoloji təmiz minik avtomobilinin 59,66%-ni və ya 10 712 ədədini “hibrid” minik avtomobilləri təşkil edib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə idxal olunan “hibrid” minik avtomobillərinin sayı 12,8% artıb. Lakin, ötən ilin ilk 9 ayında “hibrid” minik avtomobilləri daha çox (74,63%) paya sahib idi. Bu faizin azalmasının səbəbi idxal olunan “plug-in” hibrid minik avtomobillərin sayının ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə artmasıdır. 2023-cü ilin ilk 9 ayında 1 110 “plug-in” hibrid minik avtomobili idxal olunmuşdusa, cari ilin ilk 9 ayında bu say 4 998-ə bərabər olub.

İdxal olunan elektromobillərin sayı isə cəmi 6% artaraq  2 245-ə çatıb. Elektromobillər ümumi idxal olunan ekoloji təmiz minik avtomobillərinin 12,5%-ni təşkil edib.

Hibrid avtomobillər – Elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olmayan, sıxılmadan alışan porşenli daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələridir.

İlk olaraq indiyədək ölkəmizə gətirilən hibrid minik avtomobillərinin sayına baxsaq, bu illər ərzində toplam 55 761 ədəd hibrid minik avtomobilinin idxal olunduğunu görərik. Yalnız 2022-ci ildə əvvəlki il ilə müqayisədə idxal sayında azalma müşahidə olunan bu tip minik avtomobillərinin idxalı hər il artıb.

İlk olaraq 2018-ci ildə ölkəmizə 285 ədəd “hibrid” minik avtomobili idxal olunub. Növbəti ildə isə onların sayı 12,7  dəfə artaraq 3 634-ə çatıb. Cari ilin yalnız ilk 9 ayında isə ölkəmizə 10 712 “hibrid” minik avtomobili idxal olunub.

“Plug-in” hibrid avtomobillər – Elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, sıxılmadan alışan porşenli daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Son illərdə bir çox avtomobil istehsalçılarının “plug-in” hibrid tipli minik avtomobilləri istehsalını artırması ölkəmizə gətirilən bu tip minik avtomobillərinin sayının artmasına səbəb olub. Əvvəlki illərdə az sayda “plug-in” hibrid minik avtomobilləri idxal olunsa da, 2022-ci ildə bu say 2021-ci il ilə müqayisədə 2,9 dəfə artaraq 318 ədəd olub. Növbəti ildə isə bu say daha 5,9 dəfə artaraq 1 891-ə bərabər olub. Cari ilin ilk 9 ayında isə bu say rekord həddə (4 998) çatıb. Ümumilikdə indiyədək ölkəmizə 7 365 “plug-in” hibrid minik avtomobili idxal olunub.

Elektromobil – Yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri.

Yanacaq sərfiyyatı olmayan və ekoloji cəhətdən tamamilə zərərsiz olan elektromobillərin də sayı ölkəmizdə günü-gündən artır. Öncəki illərdə az sayda idxal olunsa da, 2022-ci ildən etibarən elektromobillərin idxalında artım müşahidə olunub. 2022-ci ildə 486 elektromobil ölkəmizə gətirilib ki, bu da əvvəlki il ilə müqayisədə 3 dəfə çoxdur. 2023-cü ildə isə bu say daha 6,4 dəfə artaraq  3 102-yə bərabər olub. Cari ilin ilk 9 ayında isə ölkəmizə 2 245 ədəd elektromobil idxal olunub. Ümumilikdə, indiyədək Azərbaycana 6 358 elektromobil gətirilib.

Hər iki ölkənin Dövlət Statistika Komitələrinin rəsmi internet səhifələrindən əldə olunan məlumatlar əsasında aydın olur ki, cari ilin ilk 9 ayında Azərbaycana 17 955, Gürcüstana isə 29 604 ədəd ekoloji təmiz minik avtomobili idxal olunub. Yanvar-sentyabr aylarında Azərbaycana 10 712 , Gürcüstana isə 25 465 hibrid minik avtomobili gətirilib. “Plug-in” hibrid minik avtomobillərinin idxalına görə Azərbaycan Gürcüstanı qabaqlayıb. Azərbaycana ilk 9 ayda 4 998 ədəd, Gürcüstana isə 874 ədəd bu tip minik avtomobili gətirilib. Həmin dövrdə Gürcüstan 3 265, Azərbaycan 2 245 elektromobil idxal edib.

Lakin, onu da qeyd edək ki, Azərbaycanın idxal etdiyi minik avtomobilləri arasında ekoloji təmiz minik avtomobillərinin sayı ümumi idxalın 30,2 %-ni təşkil edir. Gürcüstanda isə bu göstərici 20,4%-ə bərabərdir.

Bundan əlavə, Gürcüstanın minik avtomobillərini idxal etdikdən sonra üçüncü ölkələrə ixrac etməsi ilə ticarət gəliri əldə etdiyi hər kəsə məlumdur. Bunu araşdırdıqda isə cari ilin ilk 9 ayında idxal olunan ekoloji təmiz minik avtomobillərinin Azərbaycan üzrə  0,9%-nin , Gürcüstan üzrə isə 26,8 %-nin ixrac olunduğunu görərik.

Ermənistanın rəsmi mənbələrində bu mövzu ilə bağlı yeni məlumatlar əks olunmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Noyabr 2024 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri