Icma.az
close
up
RU
Son çempion Aperturaya heç heçə ilə başladı

Son çempion Aperturaya heç heçə ilə başladı

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Yanvarın 22-də Argentina klub futbolunda növbəti mübarizəyə start verildi. Ölkə çempionatının Klausura (bağlanış) mərhələsinin ötən il dekabrın 13-də keçirilən son oyunundan 40 gün sonra Apertura (açılış) mərhələsi başladı.
Xatırladaq ki, ötən mövsümün Apertura adlanan ilk mərhələsi gözlənilməz nəticə ilə sona çatmışdı. İyunun ilk günündə keçirilən finalda ölkənin heç bir nəhəng klubunun görünməməsi diqqətdən yayına bilməzdi. Amma “Atletiko Urakan” ilə “Platense” həlledici oyuna, necə deyərlər, alınlarının təri ilə, layiqli şəkildə çıxmışdılar. 43 yaşlı Serxio Qomesin çalışdırdığı “Platense” rəqibini minimal hesabla üstələməklə Aperturanın qalibi olmuşdu. Klausuranın finalı da nəhəng klubların iştirakı olmadan keçmişdi. Argentina çempionatının ikinci mərhələsi dekabrın ortalarında keçirilən finalda “Rasinq”i əsas və əlavə vaxtı 1:1 hesabıyla sona çatan oyundan sonrakı penalti seriyasında 5:4 hesabıyla üstələyən La Plata “Estudiantes”inin qələbəsi ilə yekunlaşmışdı.
Bu yerdə reqlamenti xatırlatmaq zəruridi. Qeyd edək ki, 2025-ci ildən mövsüm fərqli format əsasında keçirilir. Bir il əvvəl iştirakçıların sayı 28-dən 30-a artırılmışdı. Liqa iştirakçılarının sayında dəyişiklik edilməyib. Sadəcə, ötən mövsüm yüksək liqada çıxış edən komandalardan “San Martin San Xuan” ilə “Qodoy Krus” 2-ci diviziona düşüblər. Uğursuzların yerini Rio Kuarto “Estudiantes”i ilə Mendosa “Ximnasiya”sı tutublar. Komandalar yenə birdövrəli sistemlə iki qrupda yarışacaqlar. Amma təşkilatçı qurum yenə əlavə bir turun keçirilməsini də lazım bilib ki, belə hal Argentina futbolunda yenilik sayılmır. Başqa sözlə, qrup mərhələsi 15 deyil, 16 turdan ibarət olacaq. Bu mərhələyə aprelin 26-da yekun vurulacaq. Sonra qruplarda ilk 8 yeri tutacaq komandalar arasında 1/8 final matçları təşkil ediləcək. Daha sonra isə 1/4 final, yarımfinal və final oyunları ilə mövsümün ilk mərhələsinin qalibi müəyyənləşəcək.
İlk turda qeydə alınan nəticələrə nəzər salarkən diqqəti cəlb edən əsas fakt son çempion ilə vitse-çempionun startdaca büdrəməsidi. “Estudiantes” Aperturaya “İndependyente” ilə səfər oyunuyla başladı. 1:1 hesabıyla nəticələnən matçda qollar ilk hisənin sonuncu və ikinci hissənin ilk dəqiqələrində vuruldu. Ev sahiblərinin vingeri Montyel 49-cu dəqiqədə kobud oyuna görə qarşısında birbaşa qırmızı vərəqə gördü. Amma la platalılar rəqibin azlıqda qalmasından yararlana bilmədilər. Eduardo Domingesin komandası topa 56 faiz nəzarət etsə də, sonda heç-heçəyə razılaşmalı oldu. “Rasinq” mövsümün birinci mərhələsinə uğursuz start verdi. Qustavo Kostas ilə gümüş medallara sahib çıxan komanda La Platada “Ximnasiya”ya 1:2 hesabıyla məğlub oldu.
Ölkə nəhəngləri yeni mövsümə qələbə ilə start verdilər. Klausurada mübarizəni yarımfinalda dayandıran “Boka Xuniors” evdə “Deportivo Riestra”ya Di Lolyonun vurduğu yeganə qolla qalib gəldi. Qeyd edək ki, paytaxt klubunu indi də Klaudio Ubeda çalışdırır. Rəhbərlik ötən ilin oktyabrında 69 yaşında vəfat edən Migel Anxel Russoya xələf seçdiyi mütəxəssisə növbəti dəfə etimad göstərib.
“River Pleyt” də Aperturaya minimalhesablı qələbə ilə başladı. Son illər azarkeşlərini daha çox məyus edən və ötən mövsümün uğursuzları sırasında olan daha bir ölkə nəhəngi səfərdə “Barrakas Sentral”ı məğlub etdi. Qeyd edək ki, rəhbərliyin Marselo Qalyardonu istefaya göndərməməsi yerli futbol ictimaiyyətində heç də birmənalı qarşılanmayıb. Görünür, paytaxt klubunun başbilənləri yanvarın 18-də 50 yaşını tamamlayan çalışdırıcının “River”də 2014-22-ci illərdəki uğurlu fəaliyyətini son uğursuzluqlardan üstün tutublar.
qrup mərhələsi, 1-ci tur
İndependyente – Estudiantes LP 1:1
Kabral, 45 – F.Peres, 46.
Ximnasiya LP - Rasinq 2:1
Skelotto, 10. F.Torres, 49 - Koneçni, 83.
Boka Xuniors - Deportivo Riestra 1:0
Di Lolyo, 77.
Barrakas Sentral - River Pleyt 0:1
Montyel, 59.
Aldosivi - Defensa y Xustisiya 0:0
Banfild - Atletiko Urakan 1:1
M.Mendes, 48 – Kaysedo, 84.
Union - Platense 0:0
Tiqre – Estudiantes RK 2:0
Barrionuevo, 53. Elias, 65.
Sentral Kordoba – Ximnasiya M 0:1
Simoni, 5.
İnstituto - Veles Sarsfild 0:1
Andrada, 90+1.
San Lorenso – Lanus 2:3
Kuelyo, 53-p.; 86 - Kastilyo, 24. İskyerdos, 30. M.Moreno, 73.
İndependyente Rivadaviya - Atletiko Tukuman 2:1
M.Fernandes, 9. Oselya, 79 – L.Dias, 41-p.
Talyeres de Kordoba - Nyuellz Old Boyz 2:1
R.Martines, 58. Depyetri, 86 – Nunyes, 90.
Rosario Sentral - Belqrano 1:2
Di Mariya, 45+3-p. – Malyo, 88-öz qapısına. L.Qutyerres, 89.
Arxentinos Xuniors - Sarmyento 1:0
Molina, 90+7.
Bombardir: Kuelyo (San Lorenso) - 2.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Fevral 2026 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri