Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Son çempion yeni mövsümə böyükhesablı məğlubiyyətlə başladı

Son çempion yeni mövsümə böyükhesablı məğlubiyyətlə başladı

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvarın 24-də Argentina klub futbolunda növbəti mübarizəyə start verildi. Ölkə çempionatının ötən il dekabrın 16-də keçirilən son oyunundan 39 gün sonra bu turnirin növbəti mövsümü başladı.

Xatırladaq ki, son mövsüm “Veles Sarsfild”in 11 illik fasilədən sonra 11-ci çempionluğu ilə sona çatmış, “Talyeres de Kordoba” gümüş, “Rasinq” bürünc mükafatçı olmuşdu. Yeni mövsüm fərqli format əsasında keçiriləcək. İştirakçıların sayı 28-dən 30-a artırılıb. Ötən mövsüm yüksək liqada çıxış edən komandalara “San Martin San Xuan” ilə “Aldosivi” qoşulub. Komandalar birdövrəli sistemlə iki qrupda yarışacaqlar. Amma təşkilatçı qurum əlavə bir turun keçirilməsini də lazım bilib ki, belə hal Argentina futbolunda yenilik sayılmır. Başqa sözlə, qrup mərhələsi 15 deyil, 16 turdan ibarət olacaq. Bu mərhələyə mayın 4-də yekun vurulacaq. Sonra qruplarda ilk 8 yeri tutacaq komandalar arasında 1/8 final matçları təşkil ediləcək. Daha sonra isə 1/4 final, yarımfinal və final oyunları ilə çempionatın qalibi müəyyənləşəcək.
İlk turda qeydə alınan nəticələrə nəzər salarkən diqqəti cəlb edən əsas fakt son çempion ilə vitse-çempionun startdaca büdrəməsidi. Amma əvvəlcə Qustavo Kinterosun “Veles Sarsfild”dəki fəaliyyətinin bir il çəkdiyini bildirək. Baş məşqçi vəzifəsinə 2023-cü ilin dekabrında təyinat alan boliviyalı mütəxəssis rəhbərliyin etimadını doğruldandan sonra Braziliyaya yollanıb: 59 yaşlı məşqçi indi “Qremio”nun başındadı. “Veles”in rəhbərliyi Kinterosun yerinə Sebastyan Domingesi təyin edib. Maraqlıdı ki, 44 yaşlı mütəxəssisin yeni komandası ilk turda bu ay ayrıldığı “Tiqre”yə qarşı oynadı. Bu komanda yeni baş məşqçisi Dieqo Dabovenin başçılığı altında son çempionu 3:0 hesabıyla məğlub etdi. 52 yaşlı mütəxəssisin sabiq komandası “İnstituto”dan gətirdiyi 24 yaşlı hücumçu Russo “Veles”in qapısından iki top keçirdi.
“Talyeres de Kordoba” da yeni mövsümə uğursuz start verdi. Aleksander Medina ilə gümüş medallara sahib komanda səfərdə “San Lorenso”ya minimal hesabla məğlub oldu. Son mövsümün bürünc mükafatçısı “Rasinq” isə ilk turda azarkeşlərini qələbə ilə sevindirdi. Qustavo Kostasın komandası “Barrakas Sentral”a səfərdə 3:1 hesabıyla qalib gəldi.
Ötən mövsümün uğursuzları sırasında olan ölkə nəhəngləri ilk turda hesabına bir xal yaza bildilər. “River Pleyt” səfərdə “Platense” ilə 1:1, “Boka Xuniors” isə evdə “Arxentinos Xuniors” ilə qolsuz heç-heçəyə razılaşdı.
qrup mərhələsi, 1-ci tur
Tiqre - Veles Sarsfild 3:0

Russo, 3; 9. Orteqa, 47.
San Lorenso - Talyeres de Kordoba 1:0
Vomberqar, 81.
Barrakas Sentral - Rasinq 1:3
Bruera, 21 – Vyetto, 30. A.Martines, 74. Balboa, 90+2.
Platense - River Pleyt 1:1
İ.Vaskes, 12 – Roxas, 87.
Boka Xuniors - Arxentinos Xuniors 0:0

Qodoy Krus - Rosario Sentral 0:3
Kopetti, 18. Malkorra, 26. Kampas, 48.
Nyuellz Old Boyz - İndependyente Rivadaviya 0:1
Peynipil, 43.
Defensa y Xustisiya – Banfild 0:1
Nasif, 59.
İndependyente - Sarmyento 2:1
Avalos, 15-p.; 48 – Manyin, 75-p.
Belqrano - Atletiko Urakan 1:1
Sabala, 34-öz qapısına – Matsantti, 38.
San Martin San Xuan - Atletiko Tukuman 0:1
Koronel, 10.
Estudiantes - Union 3:1
T.Palasios, 8. Tobio Burqos, 11. Askasibar, 21 – Verde, 80.
İnstituto - Ximnasiya 3:0
F.Suares, 34-p. Luna, 75. Asevedo, 90+5.
Sentral Kordoba – Aldosivi 1:0
Veron, 74.
Lanus - Deportivo Riestra 0:2
X.Errera, 77. Obredor, 86.
Bombardirlər: Russo (Tiqre), Avalos (İndependyente) - 2.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:289
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Fevral 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see776

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see315

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see312

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see281

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see268

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see266

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see263

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see258

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see256

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see253

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see247

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see244

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see233

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see229

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see224

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see211

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see209

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see204

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri