Icma.az
close
up
RU
Son çempion “Botafoqo” yeni mövsümə məğlubiyyətlə başladı

Son çempion “Botafoqo” yeni mövsümə məğlubiyyətlə başladı

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Aprelin 2-də Cənubi Amerikanın ən nüfuzlu klub turnirinin 2025-ci il mövsümünün əsas mərhələsinə start verildi.

Libertadores Kubokunun (LK) qrup mərhələsinin ilk turu çərçivəsində 16 oyun keçirildi.
Xatırladaq ki, LK-nın təsnifat mərhələsinin qalibləri “Alyansa Lima” (Peru), “Serro Portenyo” (Paraqvay), “Barselona” (Ekvador) və “Bayya” (Braziliya) olub. Əsas mərhələdə regionun 10 ölkəsindən olan 32 komanda iştirak edir. Maraq üçün qrup turnirində Braziliyanın 7, Argentinanın 6, Ekvador, Peru və Paraqvayın 3, Çili, Uruqvay, Kolumbiya, Boliviya və Venesuelanın isə hərəyə 2 komanda ilə təmsil olunduğunu qeyd edək.
Reqlamentə gəlincə, iddiaçılar hərəsində 4 komanda olmaqla 8 qrupda mübarizə aparacaqlar. İkidövrəli sistemlə keçiriləcək oyunlardan sonra qruplarda ilk iki yeri tutacaq klublar 1/8 finalda oynamaq, qrup 3-cüləri isə mübarizəni Sudamerikana Kubokunda davam etdirmək hüququ qazanacaqlar. Qrup mərhələsinə mayın 30-da yekun vurulacaq.
İlk turda qeydə alınan nəticələr sırasında əvvəlcə turnirin son çempionu olan “Botafoqo”nun yeni mövsümə məğlubiyyətlə başladığını qeyd edək. Rio de janeyrolular Çilidə “Universidad de Çili”yə minimal hesabla uduzdular. Qeyd edək ki, LK-nın son finalçısı “Atletiko Mineyro” bu mövsüm turnirə vəsiqə qazana bilməyib.
Ümumiyyətlə, ilk tur Braziliya klubları üçün ümumilikdə qənaətbəxş keçdi. Bu ölkənin açılış turunda meydana çıxan 7 təmsilçisindən üçü qələbə qazandı, ikisi rəqibi ilə “sülh bağladı”, ikisi isə məğlub oldu. İlk turda Braziliya derbisinin yaşandığını da bildirək: F qrupunda yarışan “Bayya” ilə “İnternasyonal” 1:1 hesablı heç-heçəyə razılaşdılar. C qrupunun favoriti sayılan “Flamenqo”ya Venesuelada “Deportivo Taçira” üzərində qələbə qazandıran yeganə qolun müəllifinin “Qarabağ”ı yanvarda tərk edən Juninyo olduğunu da qeyd edək. 28 yaşlı hücumçu 56-cı dəqiqədə meydana çıxandan bir neçə saniyə sonra qapıya yol tapdı.
İlk turu Argentina klubları üçün uğurlu saymaq olar. Bu ölkənin 6 təmsilçisinin startdakı göstəriciləri belə oldu: 4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət.
qrup mərhələsi, 1-ci tur
A qrupu
Universidad de Çili (Çili) - Botafoqo RJ (Braziliya) 1:0

Di Yorio, 59.
Karabobo (Venesuela) - Estudiantes (Argentina) 0:2
Nunyes, 45. Askasibar, 73-p.
B qrupu
Barselona (Ekvador) - İndependyente del Valye (Ekvador) 1:0

Karabali, 5.
Universitario (Peru) - River Pleyt (Argentina) 0:1
P.Dias, 17.
C qrupu
Deportivo Taçira (Venesuela) - Flamenqo (Braziliya) 0:1

Juninyo, 57.
Sentral Kordoba (Argentina) - LDU Kito (Ekvador) 0:0

D qrupu
Alyansa Lima (Peru) - Libertad (Paraqvay) 0:1

Agilar, 52.
Talyeres de Kordoba (Argentina) - San Paulu (Braziliya) 0:1
Alisson, 76.
E qrupu
Fortaleza (Braziliya) - Rasinq (Argentina) 0:3

Salas, 26. Almendra, 48. S.Sosa, 84.
Atletiko Bukaramanqa (Kolumbiya) - Kolo Kolo (Çili) 3:3
Londonyo, 9. Pons, 24. Enao, 57 – M.Korrea, 38-p.; 84. İsla, 63.
F qrupu
Atletiko Nasyonal (Kolumbiya) - Nasyonal (Uruqvay) 3:0

İnestrosa, 45+2. Viveros, 55. Morelos, 72.
Bayya (Braziliya) - İnternasyonal (Braziliya) 1:1
Jean Lukas, 73 – Valensiya, 84.
G qrupu
Sportinq Kristal (Peru) - Palmeyras (Braziliya) 2:3

Pretell, 67. Tavara, 83 – Estevao, 38. Pikeres, 82-p. Rios, 90+2.
Serro Portenyo (Paraqvay) - Bolivar (Boliviya) 4:2
X.Torres, 45+3; 47; 65. Morel, 72 – Vaka, 17; 89.
H qrupu
Veles Sarsfild (Argentina) - Penyarol (Uruqvay) 2:1

Karriso, 80. Montoro, 90+5 – L.Fernnades, 48.
San Antonio de Bulo Bulo (Boliviya) - Olimpiya (Paraqvay) 3:2
S.Viveros, 30. L.Barbosa, 71. X.Errera, 90+11-p. – U.A.Benites, 64. Ortis, 79.
Bombardirlər: X.Torres (Serro Portenyo) - 3, M.Korrea (Kolo Kolo), Vaka (Bolivar) - 2.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:270
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Aprel 2025 04:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri