Icma.az
close
up
RU
Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı

Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Aprelin 7-də Cənubi Amerikanın ən nüfuzlu klub turnirinin 2026-cı il mövsümünün əsas mərhələsinə start verildi.

Libertadores Kubokunun (LK) qrup mərhələsinin ilk turu çərçivəsində 16 oyun keçirildi.
Xatırladaq ki, LK-nın təsnifat mərhələsinin qalibləri “Barselona” (Ekvador), “Sportinq Kristal” (Peru), “Deportes Tolima” və “İndependyente” (hər ikisi Kolumbiya) olublar. Təsnifat mərhələsində regionun ən güclü liqaları sayılan Braziliya iki, Argentina bir itki verib. “Arxentinos Xuniors” (Argentina) hələ 2-ci təsnifat mərhələsində “Barselona”ya iki oyunun (1:0, 0:2) nəticəsinə əsasən məğlub olub. Braziliyanın təmsilçilərindən “Bayya” 2-ci seçmə mərhələdə “O’Higgins”ə uduzmuşdu (0:1, 2:2). Bu mərhələdə “Botafoqo” iki oyunun ümumi nəticəsinə əsasən “Nasyonal Potosi”dən 2:1 hesabıyla üstün olmuşdu. Lakin Rio de Janeyro klubu sonuncu mərhələdə “Barselona”ya məhz evdəki məğlubiyyətlə (1:1, 0:1) turnirlə erkən vidalaşdı.
Əsas mərhələdə regionun 10 ölkəsindən olan 32 komanda iştirak edir. Maraq üçün qrup turnirində Braziliya və Argentinanın 6, Kolumbiyanın 4, Ekvador və Perunun 3, Paraqvay, Çili, Uruqvay, Boliviya və Venesuelanın isə hərəyə 2 komanda ilə təmsil olunduğunu qeyd edək. Reqlamentə gəlincə, iddiaçılar hərəsində 4 komanda olmaqla 8 qrupda mübarizə aparacaqlar. İkidövrəli sistemlə keçiriləcək oyunlardan sonra qruplarda ilk iki yeri tutacaq klublar 1/8 finalda oynamaq, qrup 3-cüləri isə mübarizəni Sudamerikana Kubokunda davam etdirmək hüququ qazanacaqlar. Qrup mərhələsinə mayın 28-də yekun vurulacaq.
İlk turda qeydə alınan nəticələr sırasında əvvəlcə turnirin son çempionu olan “Flamenqo”nun yeni mövsümə qələbə ilə başladığını qeyd edək. Rio de janeyrolular Peruda “Kusko”ya 2:0 hesabıyla qalib gəldilər. LK-nın son finalçısı “Palmeyras” isə Kolumbiyada “Atletiko Xunior” ilə 1:1 hesabına razılaşdı. Ümumiyyətlə, ilk tur Braziliya klubları üçün ümumilikdə uğurlu keçdi. Bu ölkənin açılış turunda meydana çıxan 6 təmsilçisindən dördü qələbə qazandı, ikisi rəqibi ilə “sülh bağladı”. İlk turu Argentina klubları üçün qənaətbəxş saymaq olar. Bu ölkənin 6 təmsilçisinin startdakı göstəriciləri belə oldu: 2 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət.
qrup mərhələsi, 1-ci tur
A qrupu
Kusko (Peru) - Flamenqo (Braziliya) 0:2

Bruno Enrike, 59. De Arraskaeta, 90+2.
İndependyente Medelyin (Kolumbiya) - Estudiantes (Argentina) 1:1
Çaverra, 63 – T.Palasios, 4.
B qrupu
Deportes Tolima (Kolumbiya) - Universitario (Peru) 0:0

Kokuimbo Unido (Çili) - Nasyonal (Uruqvay) 1:1
M.Fernandes, 90+3 – Koates, 22.
C qrupu
İndependyente Rivadaviya (Argentina) - Bolivar (Boliviya) 1:0

Lampe, 1-öz qapısına.
Deportivo La Gayra (Venesuela) - Fluminense (Braziliya) 0:0
D qrupu
Barselona (Ekvador) - Kruzeyro (Braziliya) 0:1

M.Pereyra, 53.
Universidad Katolika (Çili) - Boka Xuniors (Argentina) 1:2
X.Dias, 83 – L.Paredes, 16. Bareyro, 65.
E qrupu
Platense (Argentina) – Korintians (Braziliya) 0:2

Kayke, 11. Yuri Alberto, 70.
Santa Fe (Kolumbiya) - Penyarol (Uruqvay) 1:1
Olivera, 20 – Areso, 59.
F qrupu
Atletiko Xunior (Kolumbiya) - Palmeyras (Braziliya) 1:1

Qutyerres, 10-p. – Sosa, 56.
Sportinq Kristal (Peru) - Serro Portenyo (Paraqvay) 1:0
Viseu, 82.
G qrupu
Olveys Redi (Boliviya) - LDU Kito (Ekvador) 0:1

Vilyamil, 90+4.
Mirassol (Braziliya) – Lanus (Argentina) 1:0
Joao Viktor, 60.
H qrupu
Rosario Sentral (Argentina) - İndependyente del Valye (Ekvador) 0:0

Universidad Sentral (Venesuela) - Libertad (Paraqvay) 3:1
Kuesta, 30. Murilyo, 87. Sole, 90+6-p. – Melqarexo, 61.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Aprel 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri