Icma.az
close
up
RU
“Botafoqo” necə çempion oldu?

“Botafoqo” necə çempion oldu?

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 30-da Libertadores Kubokunun (LK) finalı keçirildi.

Bununla da Cənubi Amerikanın ən nüfuzlu klub turnirinin 2024-cü il mövsümü sona çatdı.
final
Atletiko Mineyro - Botafoqo 1:3 (0:2)

Atletiko Mineyro (Belu Orizonte, Braziliya): Everson, Alonso, Gilyerme Arana, Voynoviç (Mariano, 46), Battalya, Qustavo Skarpa (Varqas, 46), Franko, Vera (Bernard, 46), Halk, Deyverson (Alan Kardek, 76), Paulinyo.
Botafoqo (Rio de Janeyro, Braziliya): Con, Aleks Telles (Marsal, 58), Adrielson, Barbosa, Vitinyo, Qreqore, Marlon Freytas, Almada (Junior Santos, 79), Savarino (Danilo Barbosa, 58), Luis Enrike (Mateus Martins, 79), İqor Jezus (Allan, 90+3).
Qollar: Luis Enrike, 35 (0:1). Aleks Telles, 44-p. (0:2). Varqas, 47 (1:2). Junior Santos, 90+7 (1:3).
Vərəqələr: Battalya, 30. Voynoviç, 45+1. Vera, 45+2. Aleks Telles, 45+3. Almada, 79. Halk, 90+2. Vitinyo, 90+4. Junior Santos, 90+9 - sarı. Qreqore, 2 - qırmızı.
Hakim: Fakundo Telyo (Argentina).
30 noyabr. Buenos Ayres. 69803 tamaşaçı.
LK-nın tarixində 6-cı, son 5 ildə isə 4-cü (!) dəfə həlledici matçda Braziliya klubları qarşılaşdılar. Artur Jorjenin çalışdırdığı “Botafoqo” yarımfinalda iki oyunun (5:0, 1:3) nəticəsinə əsasən “Penyarol”u (Uruqvay) mübarizədən kənarlaşdırmışdı. “Atletiko Mineyro” isə finala çıxmaq üçün “River Pleyt” səddini keçmişdi. Argentinalı Qabriel Militonun komandası evdə Argentina nəhəngini 3:0 hesabı ilə məğlub etməklə finalın qapısını açmış, yarımfinalın cavab görüşündə isə hesab açılmamışdı.
Beləliklə, “Atletiko Mineyro” finalda tarixində ikinci cəhdində ikinci, ilk dəfə həlledici mərhələyə çıxan “Botafoqo” isə birinci dəfə turnirin qalibi olmağa çalışacaqdı. Xatırladaq ki, “Atletiko Mineyro” LK-da ilk zəfərini 2013-cü ildə reallaşdırmışdı. 11 il əvvəlki finalda Paraqvay “Olimpiya”sı ilə hər iki oyun ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnmiş, Braziliyadakı həlledici matçdan sonra labüd olan penalti seriyasında meydan sahibləri üstün olmuşdu (4:3). Bu dəfəki finalın favoriti Braziliya çempionatında finişə iki tur qalmış lider olan “Botafoqo” idi. Maraq üçün “Atletiko Mineyro”nun A seriyasının 36-cı turundan sonra 10-cu yerdə olduğunu və liderdən 29 xal geri qaldığını da qeyd edək.
Argentinanın paytaxtı Buenos Ayres şəhərindəki “Monumental” stadionunda keçirilən final favorit üçün çox pis başladı.
Argentinalı referi Fakundo Telyo start fitini yenicə çalmışdı ki, cibindən birbaşa qırmızı vərəqəni çıxarmalı oldu: yarımmüdafiəçi Qreqore ayağı ilə rəqibin başına zərbə endirdiyi üçün dərhal meydandan qovuldu. Başqa sözlə, “Botafoqo” artıq 2-ci dəqiqədə on nəfərlə mübarizə aparmağa məcbur idi. Rəqib matçın lap əvvəlində say üstünlüyü qazandığı üçün təşəbbüsə yiyələnmək imkanına malik oldu. Topa böyük ölçüdə sahib olan “Atletiko Mineyro”nun həmlələrini dəf edən “Botafoqo” inanılmaz əzmkarlıq nümayiş etdirdi. Artur Jorjenin komandası 35-ci dəqiqədə Luis Enrike ilə hesabı açmağı bacardı. Bununla kifayətlənməyən rio de janeyrolular fasilə ərəfəsində penalti vurmaq imkanı da qazandılar: Aleks Telles komandasının üstünlüyünü iki topa çatdırdı.
Amma fasilədən az sonra fərq minimuma endi: Varqas Halkın ötürməsi ilə “atletlər”i ümidləndirdi. Militonun komandası bundan sonra daha böyük qüvvə ilə hücuma atılmağa başladı. Azlıqda qalan rəqibin sıx müdafiə olunmaqdan və növbəti əks-hücumda qapıya yol tapmağa çalışmaqdan başqa variantı yox idi. Qeyd edək ki, “Atletiko Mineyro”nun qapıya endirdiyi əksər zərbələr hədəfdən aralı keçirdi. Maraqlı fakt isə o oldu ki, “Botafoqo”nun qapıya yönələn 3-cü zərbəsi də qol oldu! Meydana sona yaxın çıxan Junior Santosun son saniyələrdə hesabı 3:1-ə çatdırması qalibin kimliyinə şübhə yeri qoymadı. Beləliklə, baş məşqçi vəzifəsinə aprelin 3-də təyinat alan Artur Jorje “ağ-qaralar”ı regionun klub futbolunun zirvəsinə yüksəltdi: 52 yaşlı portuqaliyalı mütəxəssisin başçılıq etdiyi komanda LK-da ilk dəfə çempion oldu! Rio de Janeyro klubu həm Cənubi Amerika Superkuboku matçında Sudamerikana Kubokunun son qalibi “Rasinq”ə (Argentina) rəqib oldu, həm də gələn yay keçiriləcək Klublararası Dünya Çempionatında regionu təmsil etmək hüququ qazandı.
Bombardirlər: Junior Santos (Botafoqo RJ) – 10, Paulinyo (Atletiko Mineyro) – 7, Silvera (Penyarol), Borxa (River Pleyt) - 6.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Dekabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see303

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see288

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see265

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see261

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see256

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see249

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see247

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see245

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see229

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see222

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see213

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see212

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see209

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see208

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see207

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see206

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see204

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see188

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see173

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri