Icma.az
close
up
RU
SON DƏQİQƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi SİYAHI

SON DƏQİQƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi SİYAHI

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir.
Bu barədə Bizim.Media-ya AYNA-dan məlumat verilib.
Bildirilib ki, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar yollarda tənzimləmənin aparılması və tətbiq ediləcək məhdudiyyətlər səbəbindən mayın 16-dan 28 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir, 4 sayda ekspres marşrutun fəaliyyəti isə müvəqqəti dayandırılır:
“Dəyişikliyə əsasən,
Başlanğıc dayanacaq məntəqələri Zabrat, Ramana qəsəbələri və Savalan yaşayış massivi olan 148, 162, 197 və 198 nömrəli marşrutların son dayanacağı Sabunçu dəmiryol stansiyasının qarşısında təşkil ediləcək.
Başlanğıcını Ramana (Gülçülük sovxozu) və Pirşağı qəsəbələrindən götürən 166, 173A və 173B nömrəli marşrutların son dayanacaq məntəqəsi metronun “Ulduz” stansiyasının yaxınlığında, Xəlil Rza Ulutürk küçəsi olacaq. Avtobuslar Balaxanı yolu ilə hərəkət edəcək.
Başlanğıc dayanacaqları Buzovna və Maştağa qəsəbələri olan 107, 107A və 131 nömrəli, eləcə də Binə qəsəbəsi (Atçılıq yaşayş massivi) olan 168 və 169 nömrəli marşrutların son dayanacaq məntəqəsi metronun “Neftçilər” stansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsində təşkil ediləcək. Avtobuslar Bakıxanov qəsəbəsindən keçəcək.
Başlanğıcını Zabrat və Ramana qəsəbələrindən götürən 118A, 118B və 204 nömrəli marşrutların Bakıxanov qəsəbəsindən keçməklə, həmçinin, başlanğıc dayanacağı Keşlə qəsəbəsi olan 15 nömrəli marşrutun son dayanacağı metronun “Qara Qarayev” stansiyasının yaxınlığında, Azər Manafov küçəsində olacaq.
Başlanğıc dayanacaq məntəqələri Ramana qəsəbəsi olan 214 və 214A nömrəli marşrutların son dayanacağı Naxçıvanski küçəsində, “8-ci kilometr” bazarının yaxınlığında təşkil ediləcək. Avtobuslar Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edəcək.
Başlanğıcını Sabunçu qəsəbəsindən götürən 70 nömrəli marşrut Bakıxanov qəsəbəsindən keçəcək.
Metronun “Azadlıq prospekti” stansiyasından başlanğıcını götürən 71 nömrəli marşrutun son dayanacaq məntəqəsi Ziya Bünyadov prospektində, “Koroğlu” NMM-in yaxınlığında olacaq.
32 və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi “28 May” NMM-dən çıxarılaraq Dilarə Əliyeva küçəsində, Səməd Vurğun bağının yanında təşkil edilir.
“Cəmşid Naxçıvanski adına Hərbi Lisey” istiqamətindən hərəkət edən 60 nömrəli marşrutun avtobusları “Koroğlu” NMM-ə daxil olmadan Heydər Əliyev prospektinin kənar hərəkət hissəsində, metronun “Koroğlu” stansiyasının yaxınlığında dayanmaqla fəaliyyət göstərəcək.
18 və 31 nömrəli marşrutların son dayanacaq məntəqəsi İstiqlaliyyət küçəsi, Qoşa Qala qapısının yanından çıxarılaraq Əhməd Cavad küçəsində təşkil ediləcək.
199 və M8 nömrəli marşrutların aralıq dayanacaq məntəqəsi - “Gənclik” NMM hərəkət sxemindən çıxarılaraq Əhməd bəy Ağaoğlu küçəsində təşkil olunacaq.
133 nömrəli marşrutun son dayanacağı “Gənclik” NMM-dən çıxarılaraq Fətəli xan Xoyski küçəsində, “Gənclik Mall”un qarşısında təşkil ediləcək.
Hövsan, Mərdəkan qəsəbələri və metronun “Xalqlar Dostluğu” stansiyası istiqamətlərində fəaliyyət göstərən 120E, 121E, 140E və E1 nömrəli ekspres marşrutların fəaliyyəti müvəqqəti dayandırılacaq”.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 May 2026 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri