Icma.az
close
up
RU
SON DƏQİQƏ! Hərbi ekspert Ədalət Verdiyev həbs edildi

SON DƏQİQƏ! Hərbi ekspert Ədalət Verdiyev həbs edildi

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

rokurorluq orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə birgə dövlət sirri təşkil edən məlumatların, habelə paylaşılması qanunvericiliklə qadağan edilən informasiyaların media subyektləri və internet resurslarında yayılması hallarına qarşı mütəmadi olaraq tədbirlər görülür.

Sitat.info Baş Prokurorluğa istinadən xəbər verir ki, bu tədbirlərin davamı kimi, media subyektləri və internet resurslarında aparılan monitorinq zamanı cari il noyabrın 22-də Azərbaycan Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.

Fakta görə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

İstintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə iş üzrə ibtidai istintaq davam etdirilir. İş üzrə təqsiri müəyyən edilmiş şəxslərin məsuliyyətə cəlb edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sitat.info
archiveBu xəbər 25 Noyabr 2024 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tanınmış aparıcının ARXİV FOTOSU yayıldı

14 İyun 2026 03:45see205

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

14 İyun 2026 15:50see205

Azərbaycan İsrail münasibətlərinin daha yeni səviyyəyə qalxacağı mütləq olacaq

14 İyun 2026 02:31see197

Dünya çempionatı kim üçündür, azarkeşlər üçün, yoxsa reklamverənlər üçün? Kloppdan sərt fikirlər

14 İyun 2026 02:33see195

Dünya çempionatı: Braziliya mllisi xal itirib

14 İyun 2026 04:09see193

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

14 İyun 2026 04:04see191

İstanbulda ağır yol qəzası Avtomobil yandı VİDEO

14 İyun 2026 23:25see182

“İsrail Beyrut hücumundan əvvəl ABŞ ni xəbərdar edib” − “Axios”

14 İyun 2026 18:11see174

İsrail Beyrutu yenə vurdu

14 İyun 2026 14:53see169

Bu həftədən onların maddi vəziyyəti dəyişəcək

15 İyun 2026 05:17see168

Hitlerin sonuncu pilotu öldü: 81 təyyarə vurmuşdu

14 İyun 2026 22:49see165

Rusiyada müsəlman təşkilatına qarşı xuliqanlıq edilib...

14 İyun 2026 23:15see164

İtaliyada keçmiş general Meloniyə siyasi rəqib oldu

14 İyun 2026 20:57see164

Paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı Çox sayda ölənlər var VİDEO

14 İyun 2026 23:37see163

Braziliya Mərakeşi məğlub edə bilmədi Video Yenilənib

14 İyun 2026 04:07see163

Paşinyanın partiyası Ermənistan parlamentində konstitusion çoxluq əldə edib

14 İyun 2026 23:39see161

Pulu hər şeydən üstün tutduğu deyilən 5 bürc Astroloqların siyahısı

14 İyun 2026 23:21see159

Tramp İsrailin Beyruta zərbəsini pislədi

14 İyun 2026 21:04see158

Bu saatlarda çölə çıxmayın, təhlükə var! Əhalinin nəzərinə

14 İyun 2026 11:09see157

Ultimatum və siyasi tələ: Zelenski onlara qalib gəldi

14 İyun 2026 13:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri