Icma.az
close
up
RU
Azərbaycanla qardaşlığımız kimi üzür? “CNN Türk”ün şərhi

Azərbaycanla qardaşlığımız kimi üzür? “CNN Türk”ün şərhi

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Türkiyənin nüfuzlu “CNN Türk” kanalı son günlər Türkiyə və Azərbaycan arasında baş verənləri müzakirəyə çıxarıb.

"Bakupost" xəbər verir ki, kanalın məsələyə baxışı, mövzunu müzakirəyə çıxarma şəkli olduqca əhəmiyyətlidir. Belə ki, kanal “Azərbaycanla qardaşlıq əlaqəsi kimi üzür? Türkiyə-Azərbaycan davasını kim istəyir” şəklində qoymaqla əslində bunun kənardan təşviq edilən provokasiya olmasına yönəldib.

Aparıcı Göksu Öngörən Özgürün qonaqları KAFKASSAM başqanı Həsən Oqtay, siyasi şərhçi Nur Tuğba Aktay və təhlükəsizlik eksperti Coşqun Başbuğdur.

Coşqun Başbuğ Türk dünyasının son vaxtlar gücləndiyini, birlik yolunda ciddi addımlar atıldığını xatırladıb və bunun imperialist gücləri narahat etdiyini xatırladıb. Onun fikrincə, bu birliyi əngəlləmək istəyən ölkələrin başında İsrail gəlir.

O, bu məsələdə İsrailin yanında İranın durduğunu vurğulayıb. Qeyd edib ki, türk birliyindən ən çox narahat olanlardan biri də İrandır və bu narahatlığını açıq şəkildə bir neçə dəfə nümayiş də etdirib, Zəngəzur dəhlizinə qarşı konkret mövqe ortaya qoyub.

Onun sözlərinə görə, bəzi dövlətlər Azərbaycanla Türkiyə arasında fitnə toxumu səpir.

“Azərbaycanda da sadə insanlar bu fitnəni görür və birilərinin hərəkətə keçdiyini çox yaxşı anlayırlar. Çox diqqətli olmalıyıq: ən həssas mövzular gündəmə gətirilir, ən həssas yerlərə toxunulur və bunun üzərindən iki ölkənin əlaqələrini pozacaq xaosun yaradılmasına cəhd edilir. Ancaq Azərbaycan və Türkiyə bu oyunları adladacaq güc və qüdrətdədir”, - Başbuğ qeyd edib.

C.Başbuğ 30 oktyabrda TDT-nin Ankara sammitinə İlham Əliyevin də qatılacağına və türk liderlərin birlikdə bir mesaj verəcəklərinə çox ümidvar olduğunu vurğulayıb.

Nur Tuğba Aktay da bu fikirlərə qatılıb və bildirib ki, Can Azərbaycanla əlaqələr yalnız siyasi deyil, tarixidir, qan, can, ruh bağı var:

“İndiki məqamda Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olması geopolitik baxımdan çox vacibdir”.

Aktay da Coşqun Başbuğ kimi, MHP lideri Dövlət Baxçalının 2 gün öncəki bəyanatına istinad edib.

Onun fikrincə, sosial şəbəkələrdə iki qardaş ölkənin “arasını açmağa” istiqamətlənən ittihamlar Tehranın maraqlarına uyğundur.

“Türkiyə və Azərbaycanın qardaşlığı bizə iki ölkənin suveren haqları olduğunu unutdurmamalıdır. Türkiyənin özündə fərqli şəhərlərdə belə ideoloji qavramlar dəyişə bilər, onda qalmışdı iki ayrı ölkə.

Bir daha qayıdaq: bu gərginlik kimin marağına uyğundur? İran, İsrail, Rusiya və sairin.

Bizim qardaşlığımızı zədələmək mümkün deyil, ancaq bu məqamda bizim (ziyalılar, siyasi şərhçilər nəzərdə tutulur - red.) üzərimizə də çox böyük məsuliyyət düşür”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Oktyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri