SON DƏQİQƏ! İran ordusuna əmr verildi
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
İran Silahlı Qüvvələri əməliyyat hazırlığı səviyyəsini maksimuma qaldıraraq ehtimal olunan hərbi proseslər fonunda cavab tədbirləri planı hazırlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Russia al-Youm" televiziya kanalına istinadən adı açıqlanmayan iranlı rəsmi məlumat verib. Mənbənin sözlərinə görə, hazırlanmış planlar quru, hərbi hava və hərbi dəniz qüvvələrinin birgə əməliyyatlarını nəzərdə tutur. "Mehr" agentliyinin məlumatına görə, rəsmi şəxs İranın ABŞ və İsrail hərbi qüvvələrinə, obyektlərinə, həmçinin onların regiondakı maraqlarına "ağır, genişmiqyaslı və gözlənilməz" zərbə vurmağa tam hazır olduğunu bəyan edib.
Lakin mənbə planlarda konkret hansı addımların nəzərdə tutulduğunu və İranın hansı şəraitdə onları işə salacağını dəqiqləşdirməyib. Xatırladaq ki, bu bəyanat İran, ABŞ və İsrail arasında hərbi-siyasi gərginliyin kəskin artması fonunda verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 20 Sentyabr 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















