Icma.az
close
up
RU
SON DƏQİQƏ: İsrail İran müharibəsi bu tarixdə bitəcək KONKRET

SON DƏQİQƏ: İsrail İran müharibəsi bu tarixdə bitəcək KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında müharibəyə qoşulmağı ciddi şəkildə düşünür. Bu barədə “Axios” mənbələrə istinadən yazıb. Bildirilib ki, Tramp həm də ABŞ ordusuna İranın nüvə obyektlərinə, o cümlədən Fordodakı yeraltı uranın zənginləşdirilməsi zavoduna zərbələr endirməyə icazə verib. Bu, dolayısı ilə ABŞ-ın müharibəyə qoşulması deməkdir. Bəs görəsən, bu halda proseslər necə cərəyan edəcək? ABŞ müharibəyə qoşulsa, nələr baş verəcək?

Mövzunu KONKRET.az-a politoloq Cavanşir Abbaslı şərh edib:

“Müharibənin daha da genişlənəcəyi gözlənilən deyil. Böyük ehtimalla bu həftənin sonlarına qədər müharibə başa çatacaq. ABŞ-ın İsrail tərəfindən bu müharibəyə qoşulması isə heç bir perspektiv vəd etmir. Amerika dolayısı ilə cəlb olunsa da, heç vaxt birbaşa bu müharibəyə qoşula bilməz. Amerika ordusuna görə NATO-nun birinci ölkəsidir. Türkiyə isə bu siyahıda ikincidir. Türkiyənin isə bu proseslərdəki mövqeyi İrandan yanadır. Ona görə də, ABŞ açıq formada savaşa girməyəcək. Amerika son bir əsrə yaxın müddətdə heç vaxt genişmiqyaslı müharibəyə qoşulmayıb.indi də qoşulacağını gözləmək olmaz.

Çünki müharibəyə qoşulmaq istəsəydi, bunu Rusiya-Ukrayna savaşında edərdi. Müharibə tezliklə bitəcək, nüvə obyektlərinə zərbə endirilməsi isə mümkünsüz görünür. İsrail tərəfindən endirilən zərbələr tutarlı olsa da, İran buna adekvat cavab verib. ABŞ da daxil, hər iki ölkə sonda böyük güclərin vasitəçiliyi ilə bir masa arxasında oturacaq və atəşkəs əldə ediləcək. Ancaq bu, müvəqqəti atəşkəs olacaq. Bir müddətdən sonra isə savaşın yenidən alovlanması mümkündür. Ona görə də, heç bir ölkə açıq formada bu savaşa qoşulmayacaq”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 İyun 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see257

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see245

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see241

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see241

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see239

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see237

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see237

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see236

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see216

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see216

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see216

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see214

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see210

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see210

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see205

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see202

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see196

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see189

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see188

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri