Icma.az
close
up
RU
SON DƏQİQƏ: Norveç təyyarəsi Bakıya təcili eniş etdi

SON DƏQİQƏ: Norveç təyyarəsi Bakıya təcili eniş etdi

Norveçin “Norse Atlantic Airways” aviaşirkətinin Brno–Phuket reysini yerinə yetirən hava gəmisinin kapitanı yanacaq doldurmaq zərurəti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə Bizim.Media-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
 

“Boeing 787” təyyarəsi yerli vaxtla saat 07:55-də uğurla Bakı aeroportuna eniş edib. Marşrutun dəyişdirilməsi nəticəsində uçuş müddətinin uzanması səbəbindən komandir yanacaq doldurma qərarına gəlib.


Heydər Əliyev Beynəlxalq Aeroportu yanacaq doldurulması və reysin davam etdirilməsi üçün bütün zəruri şəraiti operativ şəkildə təmin edib.
Bizim.Media

seeBaxış sayı:65
embedMənbə:https://bizim.media
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri