Icma.az
close
up
RU
SON DƏQİQƏ! Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA

SON DƏQİQƏ! Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA

News24 saytına istinadən Icma.az xəbər verir.

"Qadınlar kişilərdən daha çox yaşayır. Pensiya yaşı az olarsa, qadınlara ayrılan pulun miqdarı bir az da çox olacaq. Aidiyyatı qurumlar isə bu pulu qadınlara vermək istəmir". Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Əkrəm Həsənov qadınların pensiya yaşının azaldılmamasının səbəblərindən danışarkən deyib.

O, kişilərinin qadınlardan az yaşadığını vurğulayıb:

"Dünya ölkələri ilə müqayisədə bu fərq Azərbaycanda daha böyükdür. Bəzən isə kişilər heç pensiya yaşlarına çatmırlar. Bu o deməkdir ki, Azərbaycanda kişilərin həyatı qadınlara nisbətdə daha ağırdır. Ailənin yükü, maddi-mənəvi nə varsa hamısı kişilərtin üzərindədir. Ayrıca kişilərdən tələblər çoxdur. Özü də biz nə Şərqik, nə də Qərb. Qərbdə qadınlar ailənin maddi yükünü kişilərlə bərabər öz üzərinə götürür. Eyni zamanda qadınlar orada deyir ki, mən nə istəyirəm onu edirəm. Ailənin idarə olunması məsələlərində biz deyirik Qərbik. Qadın nə istəyir eləyir, bu düzgün deyil, belə olmamalıdır".

Əkrəm Həsənov yaş məsələlərinə görə dünyada müxtəlif təcrübələrin olduğunu bildirib:

"Amma Avropa ölkələrində qadınlarla kişilər arasında yaş eynidir. Bu da gender bərabərliyi prinsipindən irəli gəlir. Niyə qadınların pensiya yaşı kişilərə nisbətdə az olmalıdır. Avropa bu təcrübə ilə gedir. Şərq ölkələrinin də bəzilərində pensiya yaşı qadınlarla kişilər arasında eynidir. Avropanın sivil ölkələrində isə 66 yaşdır".

Qeyd edək ki, bölgə ölkələri üzrə qadınlarla kişilərin pensiya yaşı ilə əlaqədar statistika açıqlanıb. Özbəkistan 60- 55, İran 60- 55, Türkiyə 60-58, Ukrayna 60-60, Türkmənistan 62-57, Tacikistan 63-58, Belarus 63-58, Qırğızıstan 63-58, Rusiya 63-58, Qazaxıstan 63-61, Moldova 63-61, Ermənistan 63-61, Gürcüstan 65-60, Azərbaycan 65-65.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 Noyabr 2024 05:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri