Icma.az
close
up
RU
Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

30 ildən artıq əmək stajı olan və pensiya yaşına bir neçə il və ya ay qalan şəxslərin ixtisara düşə bilib-düşməməsi məsələsi həm işçilər, həm də işəgötürənlər arasında ən çox müzakirə olunan mövzulardan biridir. Cəmiyyətdə geniş yayılmış yanlış rəyə əsasən, uzun illər çalışmış və təqaüdə az vaxtı qalmış şəxslərin heç bir halda ixtisara salına bilməyəcəyi düşünülür. Lakin əmək qanunvericiliyi bu məsələyə tamamilə fərqli hüquqi müstəvidə yanaşır.

Məsələ ilə bağlı nocomment.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov qeyd edib ki, uzunmüddətli əmək stajı və ya pensiya yaşına az qalması işçini mexaniki olaraq ixtisardan tam qoruyan toxunulmazlıq statusu yaratmır: "Müəssisədə real struktur dəyişiklikləri aparıldığı, ştat vahidlərinin ləğv edildiyi və ya istehsalat zərurəti yarandığı təqdirdə, qanunun tələblərinə riayət olunmaqla istənilən şəxsin əmək müqaviləsinə xitam verilə bilər".

Onun sözlərinə görə, əsas diqqət stajın illərinə deyil, ixtisar prosesinin hüquqi əsaslandırılmasına və prosedur qaydalarına düzgün əməl olunmasına yönəldilməlidir: "İşəgötürən tərəfindən tətbiq edilən ixtisar formal deyil, real və əsaslandırılmış olmalıdır, əks halda işçi hüquqlarını məhkəmə müstəvisində bərpa etmək hüququna malikdir. Mövcud qaydalara görə, işəgötürən ixtisar zamanı qanunvericiliyin müəyyən etdiyi xəbərdarlıq müddətlərinə riayət etməli, işçiyə müvafiq təzminatları ödəməli və əgər eyni vəzifədə bir neçə nəfər çalışırsa, qanunda nəzərdə tutulan üstünlük meyarlarını nəzərə almalıdır".

İqtisadçının sözlərinə görə, şəxsin 36 il stajının olması və təqaüdünə 1 il 8 ay qalması işəgötürənin qanuni ixtisar qərarını tamamilə istisna etmir, lakin bu cür kateqoriyadan olan işçilərin hüquqlarının pozulmaması üçün hər bir hal fərdi şəkildə və qanun çərçivəsində diqqətlə qiymətləndirilməlidir: "Əgər vətəndaş ixtisarın qanunsuz həyata keçirildiyini və ya subyektiv səbəblərə əsaslandığını düşünürsə, qanunvericilikdə nəzərdə tutulan müddətlərdə hüquqi müdafiə mexanizmlərindən mütləq yararlanmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Avqust 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri