SON DƏQİQƏ: Putin Paşinyanı TƏHDİD ETDİ: “Ciddi təsir göstərəcək” KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin Ermənistanın “Avropa yolu”nun Moskva ilə münasibətlərə təsir göstərəcəyini bildirib.
KONKRET.az xəbər verir ki, TASS-a müsahibəsində diplomat qeyd edib ki, Rusiyanın baş nazir müavini Aleksey Overçukun Ermənistanla bağlı səsləndirdiyi fikirlər rəsmi Moskvanın İrəvana verdiyi siqnalların tərkib hissəsidir.
“Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukun dediyi fikirlər müxtəlif səviyyələrdə Ermənistan rəhbərliyinə və ictimaiyyətinə çatdırdığımız mesajların nümunəsidir”, – deyə Kaluqin vurğulayıb.
Onun sözlərinə görə, İrəvanın “Avropa yolu” üzrə irəliləməsi müəyyən mərhələdə Rusiya-Ermənistan münasibətlərində sistemli dəyişikliklərə gətirib çıxara bilər.
Kaluqin deyib ki, Avropa İttifaqı Ermənistan üçün təhlükəsizlik, iqtisadi sabitlik və rifah baxımından real alternativ mexanizmlər təklif etmir.
“Brüsselin məqsədi Ermənistana və ya Cənubi Qafqaz ölkələrinə qayğı göstərmək deyil. Onların əsas marağı Rusiyaya qarşı yönəlmiş geosiyasi vəzifələrin həyata keçirilməsidir”, – deyə diplomat əlavə edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 12 May 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















