SON DƏQİQƏ! Tramp: İrana qarşı müharibə başa çatıb
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İrana qarşı aparılan hərbi əməliyyatlar demək olar ki, yekunlaşıb. ABŞ qüvvələri planlaşdırılan qrafikdən daha sürətlə irəliləyir və əməliyyatların əsas mərhələsi artıq başa çatmaq üzrədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp CBS Nyus telekanalına müsahibəsində danışıb.
Tramp bildirib ki, Vaşinqton İslam Respublikasına qarşı əməliyyatlarda ilkin planlaşdırılan müddətdən bir neçə həftə irəlidədir. O qeyd edib ki, ABŞ administrasiyası əvvəlcə əməliyyatların 4–5 həftə davam edəcəyini nəzərdə tutsa da, proses gözləniləndən daha sürətli gedir.
“Düşünürəm ki, müharibə böyük ölçüdə artıq başa çatıb. Onların nə donanması, nə rabitə sistemi, nə də hərbi-hava qüvvələri var”, – deyə Tramp vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 10 Mart 2026 00:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















