Icma.az
close
up
RU
Son dövrün ən çox danışılan super meyvəsi: aronya nədir?

Son dövrün ən çox danışılan super meyvəsi: aronya nədir?

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Son dövrün ən çox müzakirə edilən super qidalarından biri olan aronya güclü antioksidant tərkibi, immuniteti dəstəkləyən quruluşu, sağlam yaşam (wellness) və qastronomiya dünyasındakı yüksəlişi ilə diqqət çəkir.

Tünd bənövşəyi rəngi, sıx ətri və yüksək antioksidant dəyəri ilə son illərin ən populyar meyvələrindən birinə çevrilən aronya, sağlam qidalanma trendlərinin parlayan ulduzudur. Smuzilərdən səhər yeməyi qablarına (bowl) qədər bir çox reseptdə yer alan bu meyvə haqqında bilinməsi gərəkənləri təqdim edirik.

Milli.Az xəbər verir ki, aronya gülçiçəklilər fəsiləsinə aid, tünd bənövşəyi rəngli, kiçik dənəli bir meyvə növüdür. Şimali Amerika mənşəli olan bu meyvə, son illərdə Avropada və qonşu ölkələrdə çox populyarlaşıb. Onun "super qida" adlandırılmasının ən böyük səbəbi tərkibindəki olduqca yüksək antioksidant nisbətdir.

Təzə halda yeyilə bildiyi kimi; smuzi, mürəbbə, çay, qatıq və fit şirniyyat reseptlərində də tez-tez istifadə olunur. Bir az turşməzə və sıx ətirli dada sahib olan aronya, şəkərsiz reseptlərdə təbii bir dad balansı yaradır.

Aronya dadı ilə yanaşı, insan orqanizminə verdiyi faydalarla da zəngindir:

Güclü antioksidant mənbəyidir: Yüksək polifenol tərkibi sayəsində bədəni sərbəst radikallara qarşı qorumağa kömək edir.

İmmunitet sistemini gücləndirir: Tərkibindəki C vitamini və təbii komponentlər sayəsində, xüsusilə fəsil dəyişikliklərində bədənin müqavimətini artırır.

Dəri sağlığını dəstəkləyir: Antioksidantlar dərinin daha canlı, parlaq və gənc görünməsinə yardımçı olur.

Həzmə kömək edir: Lifli quruluşu bağırsaqların müntəzəm işləməsini təmin edir və uzun müddət toxluq hissi verir.

Aronya meyvəsi birbaşa "arıqladan" bir qida olmasa da, aşağı kalorili və yüksək lifli quruluşu sayəsində pəhriz proqramlarının imtinaedilməz hissəsidir. 100 qramında cəmi 47 kalori olan bu meyvə, şirniyyat ehtiyacını təbii yolla qarşılamaq istəyənlər üçün əla alternativdir. Son dövrlərdə populyarlaşan aronya sirkəsi də həzmi asanlaşdırmaq və kilo nəzarəti üçün su ilə duruldularaq istifadə edilir.

Aronya yoxsa qaragat (yaban mersini)?
Görünüşcə bir-birinə bənzəsələr də, aralarında ciddi fərqlər var:

Xüsusiyyət Aronya Qaragat (Yaban mersini) Dadı Daha turşməzə və sıx Daha şirin və yüngül Rəngi Tünd bənövşəyi, qaraya yaxın Bənövşəyi-mavi Antioksidant nisbəti Çox yüksək Yüksək Şəkər nisbəti Daha aşağı Daha yüksək Lif nisbəti Daha yüksək Orta səviyyədə

Hər bir faydalı qidada olduğu kimi, aronyanın da həddindən artıq istehlakı bəzi yan təsirlərə səbəb ola bilər:

Yüksək lif tərkibi səbəbindən həddən çox yeyildikdə qaz və şişkinlik yarada bilər.

Aronya təbii qanduruldurucu xüsusiyyətə malik ola bilər, buna görə də daimi dərman qəbul edənlər həkimlə məsləhətləşməlidir.

Aşağı təzyiq problemi olanlarda halsızlıq və baş gicəllənməsinə yol aça bilər.

Hamilə və süd verən qadınların istifadədən öncə həkim rəyi alması tövsiyə olunur.

Aronya ilə asan smuzi resepti

1 xörək qaşığı aronya

1 ədəd banan

1 çay stəkanı badam südü

2 xörək qaşığı qatıq

1 çay qaşığı bal

Hazırlanması:

Bütün məhsulları blenderdən keçirib tam hamar qvam alana qədər qarışdırın. Soyuq halda servis edin. İstəyə görə üzərinə çiya toxumu da əlavə edə bilərsiniz.
Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 May 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri