Icma.az
close
up
RU
Dünyada ən çox danışılan dillər Top 20 lik

Dünyada ən çox danışılan dillər Top 20 lik

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Qloballaşmış dünyada dil baryeri insanların informasiyaya çıxışını və qlobal müzakirələrdə iştirakını məhdudlaşdıra bilər. Belə ki, əgər danışdığınız dilin təsir dairəsi demək olar ki, yalnız öz ölkənizin sərhədləri ilə məhdudlaşırsa, ümumdünya şəbəkəsinin nə faydası var
Xoşbəxtlikdən, dünyanın müxtəlif yerlərindən olan insanları birləşdirən ingilis dili mövcuddur. “W3Techs”in qiymətləndirmələrinə görə, bütün vebsaytların yarıdan çoxu kontent dili kimi ingilis dilindən istifadə edir. Lakin onun qlobal təsir dairəsi düşündüyümüz qədər də böyük deyil.
Bizim.Media xəbər verir ki, dil araşdırmaları üzrə ixtisaslaşmış “Ethnologue” mərkəzinin məlumatlarına görə, dünyada təxminən 1,46 milyard insan ingilis dilində danışır və onların təxminən 380 milyonu ana dili daşıyıcılarıdır.
Bu, ingilis dilini qeyri-ana dili daşıyıcıları da nəzərə alındıqda, dünyada ən çox danışılan dilə çevirir.
O, təxminən 1,14 milyard insan tərəfindən danışılan (onlardan 940 milyonu ana dili daşıyıcısıdır) mandarin Çin dilini qabaqlayır. Bununla belə, ingilis dilində danışan 1,46 milyard insan dünya əhalisinin 20 faizindən azını təşkil edir. Bu isə o deməkdir ki, dünyadakı hər 5 nəfərdən təxminən 4-ü tərcümə alətləri olmadan veb-saytların azı 50 faizini başa düşə bilmir.
 

Qrafikdən də göründüyü kimi, Çin, hindi və ərəb dilləri kimi geniş yayılmış bəzi dillər internetdə yetərincə təmsil olunmur. Bunun əksinə olaraq, ingilis, alman və rus dilləri onlayn məkanda real həyatda olduqlarından daha geniş izə malikdir.


Danışanların sayına görə dillər: 
1. İngilis — 1,46 milyard
2. Çin (mandarin) — 1,14 milyard
3. Hind — 610 milyon
4. İspan — 559 milyon
5. Fransız — 310 milyon
6. Ərəb — 274 milyon
7. Benqal — 273 milyon
8. Portuqal — 264 milyon
9. Rus — 253 milyon
10. İndoneziya — 252 milyon
11. Urdu — 246 milyon
12. Alman — 134 milyon
13. Yapon — 125 milyon
14. Pidgin — 120 milyon
15. Misir ərəbcəsi — 118 milyon
16. Marathi — 99 milyon
17. Vyetnam — 97 milyon
18. Teluqu — 95 milyon
19. Hausa — 94 milyon
20. Türk — 91 milyon
“Ethnologue 200” dünya əhalisinin böyük hissəsini əhatə edir. İnsanların 88%-dən çoxu bu dillərdən birini ana dili kimi istifadə edir və daha yüz milyonlarla insan həmin dillərdə ikinci dil kimi danışır. Bu reytinq hər iki qrupu nəzərə alaraq, dillərin dünya üzrə ümumi istifadəsini göstərir. (banker.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Yanvar 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri