Son nəfəsində xahiş etdim ki, nə olar, məni sevdiyini de
Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva onunla bağlı maraqlı açıqlamalar verib.
Axşam.az xəbər verir ki, Rəhimə Nuriyeva "Bakı gündəliyi" proqramında aktyorla tanışlığından və ailə həyatından danışıb. O bildirib ki, sevgi ilə ailə qurmayıblar, onları valideynləri tanış edib:
“Biz Sovetkis məhəlləsində yaşamışıq. Onun valideynləri məni ona məsləhət görüblər, deyiblər, rahat insandır. O da üç gün arxamca gəzib, məni yoxlayıb. Ondan sonra görüşdük. İlk görüşə qısa ətək geyinmişdim. Dedi ki, get əyinini dəyiş, gəl. Getdim, dəyişdim. Yolu keçəndə səhv etdim, üstümə qışqırdı. Onda anladım ki, çətin adamdır.
Amma ailə qurandan dünyasını dəyişənə qədər mənim üstümə qışqırmayıb. Ona rahat olmayan heç nəyi etməmişəm. Amma od püskürürdü. Evə girəndə yalandan hay-küy yaradırdı.
Bizim münasibətimizdə sevgi olmayıb. Bizim vaxtımızda əsasən ailə səni təqdim edirdi. Həmin vaxt konservatoriyada oxuyurdum, fərqli geyinirdim.
Amma son anında onu qucaqladım və dedim: “De, səni sevirəm”. Cavab verdi ki, “Ayıbdır, bəsdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 07 Sentyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















