Icma.az
close
up
RU
Son qərarlar və Qurban Qurbanov

Son qərarlar və Qurban Qurbanov

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

AFFA İcraiyyə Komitəsinin son iclası çox mühüm qərarlarla fərqləndi. Ən əvvəl İnkişaf Strategiyası layihəsinin qəbulu qeyd edilməlidir. İlkin mərhələsi 2025-2028-ci illəri əhatə edəcək bu sənəddə qeyd olunanlar icra olunsa, bizi xoşbəxt futbol gələcəyi gözləyər.

Digər vacib məsələ legioner limiti ilə bağlıdır. Yeni formata görə Azərbaycan Premyer Liqasında iştirak edən komanda 11 əcnəbi futbolçu ilə meydana çıxa bilər. Bu ideya hardan, kim(lər)dən, necə doğdu, bilinmədi… “Bic ideyanın” isə tərəfdarları da oldu, kəskin əleyhdarları da. Hər halda, təklifin məğzi, məzmunu layihələşdirilmədən, bu formada geniş müzakirə edilmədən qəbul edilib və bu məqam müəyyən fikir toksikliyi yarada bilər. Limit azadlığından necə istifadə ediləcəyinə isə diqqətlə nəzər yetirəcəyik. Görək hansı klub burdan nə hasil edir…

İK-nın gecikən, gizli təşkil edilən və 5 saata yaxın davam edən budəfəki iclasından daha bir maraqlı qərar çıxdı. Cahangir Fərəcullayev AFFA-nın baş katibi təyin olundu. O, bunadək heç vaxt futbol sahəsində işləməyib…

Sözügedən postu isə assosiasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyev tuturdu.

Bu mövzuya ayrıca və detallı toxunacağıq.

Rövşən Nəcəfin rəhbərliyi ilə keçirilən iclasa bu dəfə Qurban Qurbanov da qatılmışdı. Son iclaslarda obyektiv və ya subyektiv səbəblərdən iştirak edə bilməyən Qurbanovun limit mövzusunda mühafizəkar mövqedə olduğu barədə məlumatlar var. Görünür, ölkə futbolunda ən ağır mövqedə olan birinin fikri bəzən həlledici olmur.

Hətta milli komandaya əcnəbi baş məşqçi gətirilməsinə də isti yanaşmadığı bilinən Qurban müəllimin yeni rəhbərlikdə yeri, dəyəri, məqamı sanki bəzən doğru qiymətləndirilmir.

Kuluarlarda onun mövcud gedişatdan məmnun olmadığı haqda müzakirələr gedir. Hər halda, onun İK-dan bu dəfə ayrılacağı real görünmür, lakin gedişat, proseslərin məcrasından razı deyil. Hərçənd, bu barədə ictimaiyyətə danışmağı da lazım bilmir. Dəfələrlə analoji tematikada suallardan imtina etdiyi məlumdur.

Bəs son mühüm qərarlar, bunların futbolumuzun taleyinə təsiri? – həssas məsələlərdən danışmalı olan 2-3 adam varsa, biri Qurbanovdur. Görək…

P.S.
Ölkə başçısının şəxsən ünsiyyətdə olduğu, işinə və kimliyinə hörmət etdiyi bir adamın danışması ilə digərlərinin danışması arasında fərq çox böyükdür. Bəzən üstündən ötüb keçilərkən, bəzən bilərəkdən susqun qaldığı zaman Qurbanovu anlayırıq. Bir çox səbəblər var. Ancaq bəzən də danışmaq, yol göstərmək gərəkdir. Doğruluğuna inandığımız şəxsin dedikləri həssas məqamlarda hava-su kimi lazım ola bilər. Məsuliyyətimizi bilək…

Elçin Cəlilov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Fevral 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri