Şon Striklanddan möhtəşəm qələbə: Entoni Ernandes nokautla məğlub oldu
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Hyuston şəhərində keçirilən UFC "Fight Night 267" turniri başa çatıb. Gecənin əsas döyüşündə orta çəki dərəcəsində sabiq çempion Şon Strikland ilə onun həmyerlisi Entoni Ernandes qarşılaşıb.
İdman.Biz xəbər verir ki, gərgin keçən mübarizə üçüncü raundda Şon Striklandın üstünlüyü ilə yekunlaşıb. Rəqibinin başına bir neçə dəqiq və sarsıdıcı zərbə endirən Strikland Ernandesi çətin vəziyyətə salıb. Rəqibinin yerə yıxılmasından istifadə edən Şon zərbələrini davam etdirib və nəticədə hakim döyüşü dayandırmaq məcburiyyətində qalıb.
Bu qələbə ilə Strikland MMA-dakı ümumi qələbə sayını 30-a çatdırıb, aktivində isə yeddi məğlubiyyət var. Ernandesin hesabında isə 20 qələbə və üç məğlubiyyət qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 Fevral 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















