Son sutkada İrandan ölkəmizə 123 nəfər təxliyə edildi
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Son bir gün ərzində İrandan ümumilikdə 123 nəfər "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə edilib.
Axar.az xəbər verir ki, onlardan 54-ü azərbaycanlı, 69-u isə 17 ölkənin vətəndaşıdır.
Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.
Belə ki, Səudiyyə Ərəbistanının 18, Çinin 18, BƏƏ-nin 6, Tacikistanın 5, İordaniyanın 4, Qətərin 3 , Banqladeşin 3, Filippinin 2, Nepalın 2, İtaliyanın 1, Pakistanın 1, Polşanın 1, Tunisin 1, Livanın 1, Hindistanın 1, Fransanın 1 və Braziliyanın 1 nəfər vətəndaşı həmin ölkədəki vəziyyətlə əlaqədar Azərbaycana təxliyə olunub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 01 Mart 2026 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















