Icma.az
close
up
RU
Son zamanların dəbi: SMM lə daha çox qazanmaq olar?

Son zamanların dəbi: SMM lə daha çox qazanmaq olar?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Son illərdə sosial media marketinqliyinə (SMM) maraq sürətlə artıb”. 

Bu sözləri “Zahidə Səməd Akademiya”nın təsisçisi, SMM mütəxəssisi Zahidə Səməd “Cebheinfo.az”-a açıqlamasında deyib. 

O bildirib ki, xüsusilə koronavirus pandemiyası dövründən sonra bizneslər və fərdi brendlər sosial medianın gücünü daha yaxşı dərk etdilər: 

“Artıq ən kiçik biznesdən tutmuş iri şirkətlərə qədər hər kəs sosial mediada aktiv olmağa çalışır. Ənənəvi marketinq kanalları ilə müqayisədə SMM həm daha sərfəli, həm də ölçüləbilən nəticələr verir. Buna görə də daha çox üstünlük qazanır. İnsanlar təkcə satış üçün deyil, həm də şəxsi brendlərini inkişaf etdirmək, ekspert kimi tanınmaq və daha geniş auditoriyaya çatmaq üçün sosial medianı aktiv şəkildə istifadə edirlər”. 

Mütəxəssis qeyd edib ki, bütün sahələr sosial media marketinqinə ehtiyac duyur: 

“Ancaq xüsusilə pərakəndə satış, gözəllik və estetik xidmətlər, səhiyyə və tibbi sahələr, təhsil, kurslar, eləcə də restoran və qida sektoru SMM-dən daha çox faydalanır. Son illərdə fərdi brendlər - psixoloqlar, həkimlər, biznes məsləhətçiləri və təlimçilər də SMM-ə ciddi sərmayə qoyurlar. Çünki sosial media onlar üçün həm etibarlılıq yaratmaq, həm də müştəri qazanmaq üçün ən güclü vasitəyə çevrilib”. 

Zahidə Səməd diqqətə çatdırıb ki, SMM mütəxəssisinin səhifənin inkişafına və satışlara təsiri olduqca böyükdür:

“Amma bu təsirin nə qədər olduğunu konkret şəkildə söyləmək çətindir. Çünki bu, bir çox amillərdən asılıdır. Yəni məhsulun keyfiyyəti, hədəf auditoriya, reklam büdcəsi, kontentin keyfiyyəti və s. məsələləri bura aid etmək olar. Lakin buna baxmayaraq, düzgün SMM strategiyası ilə satışları 50-100 faiz, hətta daha çox artırmaq mümkündür. Xüsusilə brendin sosial mediada peşəkar şəkildə təqdim olunması, effektiv reklam kampaniyaları və düzgün kontent planı satışlara birbaşa təsir edir. 

Bir çox bizneslərdə SMM-ə keçiddən sonra gəlirin iki-üç dəfə artdığını görmüşük. Nəzərə almaq lazımdır ki, SMM təkcə post paylaşmaqdan ibarət deyil, bu, bir strategiyadır. Düzgün strategiya ilə isə istənilən biznesi daha geniş auditoriyaya çatdırmaq və satışları yüksəltmək mümkündür”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Fevral 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri