Icma.az
close
up
RU
Son zamanların dəbi: Elektron, yoxsa adi siqaret zərərlidir?

Son zamanların dəbi: Elektron, yoxsa adi siqaret zərərlidir?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər dünyada elektron siqaretdən istifadə də geniş yayılıb.

ÜST-ün hesabatına əsasən, hazırda dünyada 100 milyondan çox insan elektron siqaret və digər yeni nikotin məhsullarından istifadə edir.

Ən yüksək göstəricilər Serbiya (18,4 faiz) və Lüksemburqda (17 faiz) qeydə alınıb. Avropa regionu bu sahədə lider mövqedədir. Məlumatlara görə, 13–15 yaşlı gənclər arasında elektron siqaret istifadəsi 14,3 faiz təşkil edir. Yetkinlər arasında isə bu rəqəm orta hesabla 4,6 faizdir. Bugünlərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev respublikada elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsi haqqında qanun imzalayıb.

Yeni qanun elektron siqaretlərin və onlar üçün mayelərin əldə edilməsini, saxlanılmasını, daşınmasını, ötürülməsini, istehsalını və ölkəyə idxalını qadağan edir. Qanunu pozanlar 10 300 dollardan 17 200 dollara qədər ekvivalentdə cərimə edilə, yaxud 2 ildən 3 ilə qədər islah işləri, həmçinin 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası ala bilərlər. Bununla belə, şəxs günahını etiraf edib və dövriyyəsi qadağan olunmuş məhsulları təhvil verərsə, məsuliyyətdən azad ediləcək. 

Ölkəmizdə də son vaxtlar elektron siqaretdən istifadə geniş yayılıb. Hazırda ölkəmizdə nəinki kişilər, elektron siqaretdən istifadə edən qadınların da sayı az deyil. Bu da bir faktdır ki, ölkəmizdə elektron siqaretdən istifadə qadağan edilməyib. Hətta ötən il millət vəkili Tahir Mirkişili Azərbaycanda elektron siqaretin istifadəsinin qadağan olunmasını təklif edib. O çıxışında bildirib ki, dünyanın bir çox ölkələrində bu siqaret növü getdikcə qadağan edilir.

T.Mirkişilinin apardığı araşdırmaya görə, elektron siqaret gənclər arasında geniş yayılan, dəb, moda halını alan amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq siqaret çəkmək növüdür:

“Əksər ölkələrdə bu, qadağandır. Azərbaycanda buna qadağa yoxdur və il ərzində təxminin 3 milyona yaxın birdəfəlik elektron siqaret ölkəyə idxal olunur".

Qeyd edək ki, elektron siqaretdən istifadə məhz adi siqaretdən uzaqlaşmaq məqsədilə bazara çıxarılsa da, bu, əks effekt verdi. Mütəxəssislər onun insan orqanizmi üçün təhlükəli olduğunu deyirlər.

Bununla bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Cebheinfo.az"-a bildirib ki, elektron siqaret ideyası 1970-ci illərdə ortaya çıxıb: 

"Ancaq sonra sanki bu ideya unuduldu. Əsrin sonunda yenidən bu ideyaya qayıtdılar. Sahibkarlar bu ideyadan istifadə etməyə başladılar. Elektron siqaretlərin kütləvi istehsalına başlandı. Əslində onun istehsalında məqsəd guya siqaretə alternativ yaratmaq, onu tərgitməyə kömək etmək idi.

Ancaq sonrakı təcrübə göstərdi ki, elektron siqaretlər heç də ənənəvi siqaretlərdən öz təhlükəsinə görə geri qalmır. Əvvəla hər ikisində asılılıq yaradan maddənin, yəni nikotinin miqdarı eynidir. O ki qaldı təbii siqaretdə, tütündə qətranabənzər maddələrin kansorogen rolunu oynayırdısa, elektron siqaretlərdə isə aromatik maddələr yanmasından əmələ gələn konsorogen maddələr rol oynayır. 

Ona görə də hər ikisi orqanizmə eyni dərəcədə ziyanlıdır. Mən bunun qadağan edilməsini bir növ məntiqi sayıram. Ancaq o da var ki, qadağan olunnmuş bir şey dünyada istehsal olunursa, o müəyyən yollarla ölkəyə daxil olacaq və qiymət artacaq, defisit yaranacaq. Fikrimcə, sadəcə təbliğat yolu ilə bundan istifadə edilməməsinə üstünlük vermək daha məqsəduyğun olardı".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: elektron siqaret Adil Qeybulla

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri