Icma.az
close
up
RU
Sönülü halda bu 3 cihazı tok dan çıxarmayın

Sönülü halda bu 3 cihazı tok dan çıxarmayın

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Evində enerji sərfiyyatını azaltmaq istəyən bir çox insan istifadə etmədiyi cihazları elektrik yuvasıdnan çıxarmağı vərdişə çevirib. Lakin mütəxəssislərin sözlərinə görə bəzi müasir elektron cihazların elektrikdən ayırmaq nə enerji qənaəti təmin edir, nə də təhlükəsizlik baxımından vacibdir. Əksinə, bu, cihazın xarab olmasına və bahalı təmir xərclərinə səbəb ola bilər. Alimlər bildirir ki, "bəzi cihazlar söndürülmüş halda belə arxa planda vacib prosesləri davam etdirir".

Milli.Az həmin 3 cihazı təqdim edir:

1. Printer - Mürəkkəb israfı riski

Printerlər gözləmə rejimində demək olar ki, heç enerji sərf etmir. Ancaq "tok"dan ayırmaq cihazın sisteminin sıfırlanmasına səbəb olur. Printer yenidən açıldıqda, avtomatik olaraq başlıq təmizləmə prosesinə başlayır və hər təmizləmə zamanı müəyyən miqdarda mürəkkəb sərf olunur. Bu proses təkrarlananda katricin ömrü qısalır.

Mütəxəssislərin fikrincə, printeri elektrikdən çıxararaq qənaət edilən cüzi enerji boşa gedən mürəkkəbin dəyəri ilə müqayisədə çox daha aşağıdır.

2. Wi-Fi yönləndiricilər (router) - Bağlantı problemləri və məlumat itkisi

Evdə internetdən istifadə olunmasa belə, yönləndirici bağlı cihazların əlaqəsini qoruyur və IP ünvanı, yeniləmələr, vaxt sinxronizasiyası kimi funksiyaları yerinə yetirir. Elektrikdən çıxarılması bu prosesləri yarımçıq qoyur və cihaz yenidən açıldıqda əlaqə xətaları və sistem çökmələri yarana bilər.

Bundan əlavə, ağıllı ev sistemləri, təhlükəsizlik kameraları, siqnalizasiya və ya sabit telefon yönləndiricidən asılıdır. Routerin sönməsi bu sistemlərdə təhlükəsizlik və əlaqə problemlərinə səbəb ola bilər.

Mütəxəssislər bildirir ki, bu cihazların cərəyanda qalması enerji qənaətindən daha önəmlidir.

3. OLED televizorlar - Ekran keyfiyyətinə təsir edə bilər

Yeni nəsil OLED televizorlar söndürüldükdən sonra belə piksel yeniləmə prosesini həyata keçirir. Bu proses ekran yanığını (burn-in) önləmək və görüntü keyfiyyətini qorumaq üçün vacibdir.

Televizor tam sönmədən elektrikdən çıxarılması həmin dövrəni yarımçıq qoyur və nəticədə ekranda izlər, rəng pozuntuları kimi daimi problemlər yarana bilər. Mütəxəssislər bildirir ki, televizor söndürüldükdən sonra bir müddət enerji bağlantısında qalmalıdır.

Enerji məsləhətçilərinin sözlərinə görə, müasir cihazların gözləmə rejimində sərf etdiyi enerji illik elektrik xərclərinin cəmi 2-3 faizini təşkil edir. Buna baxmayaraq, bəzi cihazların tez-tez "tok"dan çıxarılması mürəkkəb israfı, bağlantı xətası və ekran pozuntusu kimi bahalı problemlərə yol aça bilər.

Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Noyabr 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri