Icma.az
close
up
RU
Sonunu düşünən qəhrəmanlar

Sonunu düşünən qəhrəmanlar

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Zəfər günü haqqında bəzi düşüncələrim

Şeyx Şamil deyirdi: "Öz sonunu düşünə-düşünə döyüşə girəndən qəhrəman olmaz". Bəs öz sonunu qəhrəmancasına düşünən?!

Qarabağ şəhidlərinin məktublarında yazdıqları, videolarda dedikləri ölümündən sonra üzə çıxır. Nələr oxuyuruq o əsgər, zabit məktublarında, nələr eşidirik o videolarda! Hərə bir üslubda, fərqli formada eyni şeyi - şəhid olacağını yazıb, deyib.

Yadınızdadır, Mübariz İbrahimov da anasına bir məktub yazmışdı. Başqa qəhrəmanlarda da bunlar var. Şəhid olacaqlarını bilə-bilə yaşayırdılar, döyüşürdülər. Hətta sağ ikən şəhid olmağı arzulayırdılar. Bir sözlə, bu müqəddəs gerçəyi anlamışdılar, qələmə almış və dilə gətirmişdilər: torpaq üçün vuruşmaq varsa, torpağa qarışmaq da var.

Hər biri öz sonuna qəhrəmancasına hazırlaşmışdılar. Bu düşüncə ilə də sona qədər getdilər və torpağı düşməndən azad etdilər. Azərbaycan əsgəri iki əsr sonra Şeyx Şamilin o məşhur kəlamına düzəliş etdi. Daha doğrusu, bu fikrə başqa tərəfdən baxıb, başqa bir anlam qazandırdı.

Bəli, sonundan qorxan birisi qəhrəman olmaz. Ancaq sonunu sevən biri elə qəhrəman olar ki!

Tez-tez deyirik ha, Azərbaycan əsgəri dünya hərb tarixinə yeniliklər gətirdi və sair. Bu, təkcə müharibəni necə aparmaqla, hansı silahlardan necə atəş açmaqla deyildi. Həm də döyüşə hansı ovqatda, hansı amalla getməklə də bağlı idi. Deyə-gülə, oxuya-oxuya, oynaya-oynaya ölümün üstünə getmək! Bunun özü də Dünya hərb tarixində bir yenilik deyildimi?! Hətta ölümün özünə belə qalib gəlmək əzmi vardı. Rəqib qorxu və heyrət içində qalmışdı: "Azərbaycan əsgəri vurulurdu, torpağa düşürdü, ancaq yenə ayağa qalxıb üstümüzə gəlirdi",-deyə düşmən ordusunun hərbçiləri etiraf edirdi.

Həm də bu təkcə döyüş meydanındakı əsgərə, zabitə aid deyil. Ən baş qərargahdan dövləti, xalqı, ordunu, savaşı idarə edən Ali Baş Komandan belə həmin gün öz sonunu bilə-bilə döyüşürdü. Bu müharibəni məhz həmin vaxtda, o miqyasda, o biçimdə planlaşdırmaq özü də bir qəhrəmanlıq nümunəsi idi. Təkcə döyüşçü deyil, komandan qəhrəmanlığı da bir örnək oldu Dünya ordularına. Silahla sözü, döyüşlə diplomatiyanı, xəritə üzərində qurulmuş planlarla hərbi əməliyyatlar teatrındakı reallıqları bu qədər zərgər dəqiqliyi ilə uzlaşdırmaq, bir bütün halında doğru səmtə yönəltmək komandandan həm fövqəladə məharət, həm də qəhrəmancasına cəsarət tələb edirdi. Ancaq bütün bunların hamısının əsasında xalqın qələbəyə inamının diri saxlanması vardı; ölkə prezidenti və Ali Baş Komandan olaraq, İlham Əliyev bunu ustalıqla bacarmışdı.

Bu yazdığım fikir tərif, yaxud pafos deyil, əsl gerçəyin özüdür. Bir il deyildi, beş il deyildi. Tam 30 il! Bu qədər uzun zaman içində artıq bütöv bir nəsil dəyişmişdi; ordudakı əsgərlərin çoxu Qarabağı heç vaxt görməmiş cavanlar idi. Hətta özü Qarabağdan olan əsgərlər belə öz torpağına xilaskar missiyası ilə gedəcəkdilər. Qarabağdakı düşmən əsgərləri hər qarış torpağı tanıyırdılar, hər dağın, hətta hər daşın yerini bilirdilər. Üstəlik hakim yüksəkliklərdə onillərlə möhkəmləndirilmiş rayonlar, gizli atəş nöqtələri, döyüş postları qurmuşdular. Təbiətin canlı istehkamları onların əlinə keçmişdi. Hündür dağlar, sərt qayalar, keçilməz meşələr, azğın çaylar, dərin uçurumlar, mağaralar... Bunlar hamısı düşmənin ixtiyarında qalmışdı və onun müdafiəsi üçün təbii üstünlüklər idi. Düzənlərdə isə bir neçə qat mina tarlaları, müdafiə eşelonları, labirint səngərlər, müxtəlif istiqamətlərdə bir-biri ilə əlaqələndirilmiş yeraltı tunellər və sair... Üstəlik Dünyanın ən böyük dövlətləri, onların siyasi, hərbi-texniki, maliyyə imkanları, eləcə də, mütəşəkkil lobbi sistemi, aparıcı beynəlxalq media, nəhəng informasiya resursları, ən "Allahsız" dini liderlər, ən qəddar terror şəbəkələri, transmilli cinayətkar dəstələri belə düşmənin arxasında dayanırdı.

Belə bir çox qəliz və zalım reallıqda o əlverişli tarixi momenti tutmaq, həlledici döyüş əmrini vermək, bu əmrin arxasında dayanmaq, öz planlarını ağılla, səbirlə və inadla reallaşdırmaq, hədəflərinə çatma ərəfəsinə gəldikdə isə hərb maşını ilə diplomatiya mexanizmini sinxronlaşdırmaq Ali Baş Komandandan həm böyük fədakarlıq, həm də yüksək peşəkarlıq tələb edirdi. Bunları hətta onun rəqibləri də etiraf edib.

O zaman döyüş əmrinin çox riskli bir qərar olduğu da diqqətdən qaçmır. Müharibə elə bir prosesdir ki, onu ən incə, ən xırda detallarına qədər planlaşdıra bilməzsən. Hətta proqnozlaşdıra bilməzsən. Bəzən kiçik bir hadisə, yaxud sadə görünən bir dəyişiklik əsas nəticəyə çox ciddi, bəzən də həlledici təsir göstərə bilir.

Ali Baş Komandan bütün bu riskləri də, itkilərin yaradacağı emosional ictimai ovqatı da, postmüharibə streslərini də bilirdi, göz önünə alırdı. Düşmənin müharibə qanunlarına, döyüşçü əxlaqına məhəl qoymayacağını, savaş bölgəsinə aid olmayan şəhərləri, kəndləri, mülki şəxsləri vuracağını da gözləyirdi. Bunlar da əlavə çətinliklər yaradırdı. Ancaq, el dili ilə desək, "yüyürən yıxılmağına baxmaz"; bütün sıxıntılara, sarsıntılara, əngəllərə rəğmən əsas hədəfə çatmaq gərək idi. Sonunda müharibəni zəfərlə bitirmək mümkün oldu.

Bəli, bu savaşda ən birinci döyüşçüdən - Ali Baş Komandandan ən gənc əsgərə qədər hər kəs qəhrəmanlıq göstərdi. Himnimizin sözləri gerçəyə çevrildi: "Hərə bir qəhrəman oldu". Zəfər gününə qədər bu misra da havada qalmışdı.

Himn, bayraq elə-belə simvollar deyil. Onlara öz gerçək məzmununu qazandırmayınca, bayrağın rəngləri də insana solğun görünür, himnin sözləri də gücsüz gəlir. Hətta o möhtəşəm melodiya belə öz əsl əzəməti ilə qulaqlarda səslənə bilmir, insanın ruhunda əks-səda verə bilmir. Ancaq indi o bayraq da bayraqlığını tam anlamda qazanıb, o himn də ürəkləri əsl himn kimi titrədir. Bunu biz, təbii ki, tarixi Zəfərimizə borcluyuq.

Artıq yeni xoşbəxt bir savaşın içindəyik; azad olunmuş torpaqlara yeni nəfəs verilir, insanlar öz evlərinə qayıdır. Artıq Qarabağda 30 min adam var. 30 ildə bir Azərbaycan vətəndaşının gedə bilmədiyi torpaqlarda indi 30 min azərbaycanlı var, yaşayır, işləyir...

Bu say getdikcə artır, artacaq. Yaxın illərdə bu torpaqların hər qarışı öz sahibinə, sakininə qovuşacaq. Qarabağa və Şərqi Zəngəzura insan nəfəsi, insan əməyi, insan zəkası qayıdır. Qarabağ Universiteti bu qayıdışın ən bariz simvollarından biridir. Bu, sadəcə, yeni bir ali məktəb deyil. Bu, dövlət ağlının və qələbə əzminin məbədidir. Adına Zəfər Universiteti də deyə bilərik. Bu, bizim öz torpaqlarımızı təkcə biləyimizin gücü ilə deyil, həm də biliyimizin işığı ilə qazandığımızı simvolizə edir. Biz Şuşada bayrağımızın qaldırılmasına necə sevinmişiksə, Xankəndində hərbi paraddan necə qürurlanmışıqsa, Qarabağ Universitetinin açılmasından da o cür iftixar duymuşuq. Xalqın qələbə əzminin və qəhrəmanlıq ruhunun elmlə və biliklə birləşdirilərək gələcəyə ötürülməsi özü ən ali zəfərdir, elə deyilmi!

Beləliklə, yeni nəsillərə Qarabağ torpaqlarında öz ömrünün sonunu deyil, sonrasını düşünmək imkanı verilib. Bundan daha gözəl nə ola bilər ki?!

P.S. Mən daha əvvəl bir yazımda da yazmışdım: Vətən üçün vuruşmaq və qəhrəmancasına ölmək - şəhid olmaq böyük şərəfdir. Ancaq Vətən üçün çalışmaq, qəhrəmancasına yaşamaq özü də eyni dərəcədə şərəflidir.

Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Noyabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see324

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see288

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see221

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see202

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see199

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see194

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see191

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see188

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see188

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see184

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see176

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see175

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see166

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see166

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see158

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see156

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see155

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see153

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see146

“Tanqo üçün iki nəfər lazımdır” Vens

20 May 2026 01:36see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri